“MFL Ladies 2019”un qalibləri məlum oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“MFL Ladies 2019”un qalibləri məlum oldu – FOTO – VİDEO

13:10 - 18 / 03 / 2019
“MFL Ladies 2019”un qalibləri məlum oldu – FOTO – VİDEO

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL bir-birindən fərqli və maraqlı layihələrə imza atmaqda davam edir.

Bu dəfə MFL rəhbərliyi qadınları sevindirməyə qərar verdi. Özü də 8 Mart Beynəlxalq Qadınlar Günündə. Belə ki, özəl gün münasibətilə qadınlar arasında “MFL Ladies 2019” adlı möhtəşəm futbol turniri keçirildi.

MFL ailəsinin yeganə qadın üzvü Rəfiqə Əzizin ideyası və təşkilatçılığı ilə baş tutan turnir tək qadınlar arasında deyil, kişilər arasında da böyük marağa səbəb oldu.

Turnirin başlamsından iki həftə əvvəl sosial şəbəkələrdə turnirlə bağlı elan yerləşdirildi. Az bir müddətdə zərif cinsi təmsil edən onlarla insan fərdi olaraq qeydiyyatdan keçərək turnirdə iştirak etmək istədiyini bildirdi. Lakin onların arasından yalnız 24 nəfər turnirdə iştirak etmək şansı qazandı. Onlar da hər birində 6 nəfər olmaqla 4 komandaya bölündülər. Beləliklə, qadınlardan təşkil olunmuş “Muğanbank”, “Sirena Motors”, “Universal” və “BOS Shelf” komandaları arasında maraqlı və gərgin mübarizəyə start verildi.

Nəzərinizə çatdıraq ki, komandaların adlarının seçimi heç də təsadüfi olmadı. Belə ki, məhz MFL Liqasında çıxış edən yuxarıda adlarını çəkdiyimiz komandalar qadınlardan ibarət komandaların bütün xərclərini - oyunçuları forma ilə təmin etməkdən tutmuş, yol və qida xərclərini öz üzərlərinə götürdülər.

Play-off sistemi üzrə keçirilən turnirin açılış oyununda “Sirena Motors”la “Universal” komandaları üz-üzə gəldi. Görüşün əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdı. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşdirildi. Rəqibinə nisbətən hədəfi daha dəqiq nişan alan “Sirena Motors” ilk olaraq finala vəsiqə qazandı.

Digər yarımfinal görüşü isə “BOS Shelf” və “Muğanbank” komandaları arasında keçirildi. Rəqibinə 4:1 hesabı ilə qalib gələn “Muğanbank” adını finala yazdıran ikinci komanda oldu.

Yarımfinal oyunlarından sonra qısa fasilə yarandı və fasilədə 8 Mart beynəlxalq Qadınlar Günü münasibətilə təşkilatçılar tərəfindən qadın futbolçulara gül buketləri təqdim olundu.

Artıq məlum olduğu kimi, həlledici final görüşündə “Sirena Motors” və “Muğanbank” komandaları üz-üzə gəldilər. Rəqibinin qapısından 4 cavabsız top keçirən “Muğanbank” “MFL Ladies 2019” turnirinin qalibi adını qazandı.

Final görüşündən sonra mükafatlandırma mərasimi keçirildi.

“United Sport” mağazası tərəfindən 4 qolla turnirin bombardiri olan “Muğanbank”ın futbolçusu Minayə Məmmədova hədiyyə olaraq peşəkar futbol topu qazandı.

Turnirin finalçısı “Sirena Motors” komandasının üzvlərinə “McDonald’s” şirkəti tərəfindən pulsuz hamburger kuponları təqdim edildi.

Turnirin qalibi “Muğanbank” komandasına isə AFFA tərəfindən xüsusi kubokla yanaşı, komandanın üzvlərinin hər birinə LSS şirkəti tərəfindən parfümeriya mağazalarından birinə hədiyyə kartı, “Muğanbank”dan Gold kart və BON-dan hər kartın balansında 50 AZN hədiyyə verildi.

1news.az

1news.az

Paylaş:
565

Son xəbərlər

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54
Bütün xəbərlər