MFL-in 14-cü turu: “Sirena Motors”dan asan qələbə, “Poseidon”dan bərabərlik – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-in 14-cü turu: “Sirena Motors”dan asan qələbə, “Poseidon”dan bərabərlik – FOTO – VİDEO

10:17 - 15 / 02 / 2018
MFL-in 14-cü turu: “Sirena Motors”dan asan qələbə, “Poseidon”dan bərabərlik – FOTO – VİDEO

Azərbaycanda ən iri mini futbol liqası MFL mövsümün birinci hissəsinə yaxınlaşır.

Qış transfer pəncərəsi zamanı bir çox komandalar yeni oyunçularla güclənərək liqanın pley-off mərhələsinə çıxmaq şanslarını artırıblar.

Sonuncu tur A Konferensiyasının liderlərindən biri “Sirena Motors”un “Rəcəbspor”la 3:2 hesabıyla çətin qələbəsi ilə yadda qaldı.

Ən asan 3 xalı isə “Xəzər” komandası əldə etdi. Ötəndəfəki turda “Xəzər” "McDonald’s" komandası ilə qarşılaşmalı idi. Lakin sonuncunun meydana çıxmaması texniki məğlubiyyət kimi qiymətləndirildi.

Qeyd edək ki, turun sonunda "McDonald’s" komandası rəsmi olaraq iştirakını dayandırdığını bildirib.

Şübhəsiz ki, turun sürprizi “Baku Eagle”ın “Baku Blancos” qarşılaşması zamanı məğlubiyyəti oldu. Oyun zamanı “Baku Blancos” 1:0 qələbə əldə edib.

A Kanferensiyasında 14-cü turun nəticələri:

14 turdan sonra Cinema Plus komandası turnir cədvəlinə rəhbərlik edir.

A Konferensiyasında bombardirlər siyahısına VIP FK komandasından Yadulla 57 qol ilə rəhbərlik edir. Onun ən yaxın rəqibi “Sirena Motors”dan Əlsalamdır. Əlsalam Yadulladan 20 qol fərqi ilə geri qalır.

Həmçinin ən yaxşı assistentlər siyahısına VIP FK komandasından Fuad rəhbərlik edir. Onun hesabında 25 qol var.

14-cü tur B Konferensiyasında da maraqlı məqamlarla yadda qalıb.

Çempionatın lideri “Poseidon” “Vur, komandir” komandası ilə qarşılaşmada 2 xal itirib. Bu da turda ən asan qələbə əldə edən iki rəqib komanda – “Astara” və Beerbaşa-nın xeyrinə oldu.

Turnir cədvəlində sabiq lideri olan “SabunçuMehti Əzimzadənin Türkiyədən qayıtdıqdan sonra 3 xal əldə edib. Belə ki, Mehti Antalyada təlim-məşq düşərgəsində “Keşlə” klubu ilə təlim keçmək imkanı əldə edib.

Yeri gəlmişkən, Mehti Konferensiyanın ən yaxşı bombardirləri siyahısında 10 xalla “Poseidon” komandasından olan Mehdixandan geriləyərək ikinci yerdə gedir. Lakin “Sabunçu”nun futbolçusunun  hesabında 17 qol var.

B Konferensiyasının turnir cədvəli aşağıdakı kimidir:

Qeyd edək ki, A və B konferensiyalarının oyunları fevralın 15 və 16-da keçiriləcək.

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1276

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər