MFL-də 11-ci tur: Qol yağışı, prinsipial görüşlər və ən yaxşı bombardir yarışında favoritin dəyişməsi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-də 11-ci tur: Qol yağışı, prinsipial görüşlər və ən yaxşı bombardir yarışında favoritin dəyişməsi – FOTO – VİDEO

16:30 - 05 / 02 / 2018
MFL-də 11-ci tur: Qol yağışı, prinsipial görüşlər və ən yaxşı bombardir yarışında favoritin dəyişməsi – FOTO – VİDEO

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-də XI tur başa çatdı.

Tur qolların bolluğu ilə yadda qaldı. Qapılara vurulan qolların sayı-hesabı yox idi. Bu isə öz növbəsində ən yaxşı bombardirlərin və ən yaxşı “assistentlərin” reytinqinə ciddi şəkildə təsir göstərdi.

Bu və bir çox başqa şeylər barədə həvəskar liqa olan MFL-in keçən turunun həftəlik icmalında oxuyun.

“A” Konferensiyasında 11-ci turun oyunlarının nəticələrini təqdim edirik:

“İKAU”dan Samir və “Peçat Dönər”dən Turxan Konferensiyanın ən yaxşı “assistentləri” reytinqində ilk sıraları bölüşürlər.

Konferensiyanın bombardirləri yarışında isə həmişəki kimi gərgin mübarizə gedir. Son turdan əvvəlki turda ən yaxşı bombardirlər siyahısında “Baku Eagles”dən Samirin liderlik etməsinə baxmayaraq, “Sirena Motors”dan Əlsalam “McDonald's”ın qapısına 13 qol vuraraq zəfər çubuğunu ələ keçirməklə yanaşı rəqiblərini xeyli qabaqladı.

“A” Konferensiyasında turnir cədvəlinə aktivində 27 xal olan “Cinema Plus” başçılıq edir.

“A” Konferensiyasında keçirilmiş oyunların ən yaxşı epizodlarının və həlledici anlarının videoicmalı ilə burada tanış ola bilərsiniz:

Bir oyunda 22 qol vuran “Sirena Motors” komandası bu göstərici ilə Liqanın mütləq rekordçusu oldu. Bravo!

“Astara” FK MFL-də yeganə komandadır ki, bir dəfə də olsun məğlubiyyət acısı dadmayıb. Keçən 10 tur ərzində komandanın hesabında 7 qələbə və 3 heç-heçə var. 51 qol vuran komanda qapısından 8 top buraxıb. Əla nəticədir!

“B” Konferensiyasında 11-ci turun oyunlarının nəticələrini təqdim edirik:

Ən yaxşı “assistentlərin” siyahısında dəyişiklik yoxdur – “Sabunçu”dan Mehdi və “Atilla”dan Taleh reytinqə başçılıq edirlər.

Konferensiyanın ən yaxşı bombardiri əvvəlki kimi “Poseidon” komandasının oyunçusu Mehdixandır.

“Poseidon”  komandası “B” Konferensiyasının turnir cədvəlində əminliklə liderliyini davam etdirir.

“B” Konferensiyasında keçirilmiş oyunların ən yaxşı epizodlarının və həlledici anlarının videoicmalı ilə burada tanış ola bilərsiniz:

Ənənəvi Azad Kassa nominasiyasının bu dəfəki qəhrəmanı keçən tur qapısından 11 top buraxan “Hyundai”nin qapıçısı Elbrus Mehdizadə oldu.

Xatırladaq ki, Azad Kassa tur ərzində qapısından ən çox top buraxan qapıçılar üçün nəzərdə tutulmuş xüsusi təsəlliverici hədiyyədir. MFL-in sponsoru olan McDonald's Azerbaijan bir o qədər də uğurlu oyun keçirməyən qapıçıya hədiyyə menyusu təqdim edir ki, antirekorduna rəng qatmış olsun.

Axır ki, 11-ci turdan sonra Liqanın ən məhsuldar bombardirləri siyahısında dəyişiklik baş verdi. Belə ki, “Poseidon”un oyunçusu Mehdixan liderliyini “Sirena Motors”un üzvü Əlsalama güzəştə getməli oldu.

“Underdog” — “Peçat Dönər” görüşü turun ən maraqlı oyunların biri oldu. “Dönərçilərin” aparıcı oyunçusu Əsgər Məmmədbəyli üç məhsuldar ötürmə və iki qolla rəqib komandanın müdafiəçiləri üçün əsl başağrısına çevrildi.

Bütün oyun boyu əla oyun nümayiş etdirən Əsgər haqlı olaraq Həftənin Ən Yaxşı Oyunçusu adına da sahib çıxdı.

Məlum olduğu kimi, mövsümün sonunda hər iki liqada ilk 10 yeri tutan komandalar pley-offa vəsiqə uğrunda bir-birləri ilə mübarizə aparmaq imkanı əldə edəcəklər. Bu günkü günə ilk 20-lik aşağıdakı kimidir:

11-ci turun rəmzi komandasını təqdim edirik:

1News.tv и MFLTV-nin birgə layihəsi olan Football Talks-un yeni buraxılışında MFL-in administratorları Vaqif və Abdel işlərində üzləşdikləri çətinliklər və müsbət məqamlarından danışdılar.

Artiq bu gün, fevralın 5-də “A” Konferensiyasında 12-ci turun oyunları keçiriləcək.

“B” Konferensiyasında isə 12-ci turun görüşləri sabah, fevralın 6-da baş tutacaq.

MFL Facebook-da

MFL İnstagram-da

MFL Youtube-də

Fəridə Rəsulova

Paylaş:
1040

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər