MFL ALL STAR - Böyük Oyun: Bakı Olimpiya Stadionunun meydanlarında həvəskarlar liqasının mübarizələri baş tutacaq – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL ALL STAR - Böyük Oyun: Bakı Olimpiya Stadionunun meydanlarında həvəskarlar liqasının mübarizələri baş tutacaq – VİDEO

17:28 - 26 / 12 / 2017
MFL ALL STAR - Böyük Oyun: Bakı Olimpiya Stadionunun meydanlarında həvəskarlar liqasının mübarizələri baş tutacaq – VİDEO

Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqası (MFL) qısa zaman ərzində ölkənin idman həyatında ən parlaq hadisələrdən biri oldu.

59 komanda, iki Konferensiya, onlarla oyunçu, əsasnaməsi, qaydaları və oyun cədvəli olan yüksək səviyyəli çempionatdır – bütün bu gərgin və əyləncəli oyun ab-havası bəzən söhbətin həvəskar futboldan getdiyini unutdurur.

Beləcə, MFL mövsümün yarısı geridə qoyaraq Yeni il ərəfəsində qısamüddətli tətilə çıxır. Lakin MFL öncə azarkeşləri möhtəşəm MFL All Star - Böyük Oyun ilə sevindirəcək.

Dekabrın 29-da Bakı Olimpiya Stadionunda MFL-in hər iki Konferensiyadan olan ən güclü futbolçularla görüşü baş tutacaq. Həvəskar liqanın oyunçuları yaxın zamanlarda Ağdamın “Qarabağ” futbol klubunun avropalı nəhənglər – “Roma”, “Atletiko” və “Çelsi” ilə Çempionlar Liqası çərçivəsində oyun keçirdiyi meydanda öz aralarında görüş keçirəcəklər.

MFL All Star – Böyük Oyun-da iştirak edəcək komandaların tərkibi artıq məlumdur.

A Konferensiyası:

B Konferensiyası:

Futbol meydançasında kim daha çox öz gücünü göstərəcək – A Konferensiyasının yığması yoxsa B Konferensiyasının yığması? Bütün bunlara şahid olamaq üçün dekabrın 29-da saat 20:00-da stadiona gəlin.

Qeyd edək ki, MFL ALL STAR - Böyük Oyun azarkeşləri üçün 101-ci sektor ayrılıb. Stadiona giriş pulsuzdur. Və oyun “Koroğlu” metro stansiyasına yaxın – cənub istiqamətdə həyata keçiriləcək.

Oyunlar CBC SPORT telekanalında birbaşa yayımlanacaq.

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1312

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər