MFL 2018-2019-cu mövsüm üçün qeydiyyatın başlanmasını elan edir | 1news.az | Xəbərlər
Futbol

MFL 2018-2019-cu mövsüm üçün qeydiyyatın başlanmasını elan edir

17:00 - 13 / 08 / 2018
MFL 2018-2019-cu mövsüm üçün qeydiyyatın başlanmasını elan edir

İkinci mövsümü yenicə uğurla başa vuran Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL 2018-2019-cu üçüncü mövsümdə iştirak etmək istəyən komandaların qeydiyyatının başlanmasını açıq elan edir.

MFL nədir?

MFL – futbol həvəskarları tərəfindən FUTBOL HƏVƏSKARLARI ÜÇÜN yaradılan liqadır.

Liqanın məqsədi - mümkün qədər çox həvəskar futbol komandasını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirməkdir.

MFL-in oyunları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında keçirilir.

Hər bir oyuna tərkibində MFL-in koordinatorları, AFFA-nın hakimləri, peşəkar həkim və MFL-in İntizam Komitəsinin üzvlərinin daxil olduğu briqada nəzarət edir. Bu da Liqada yüksək peşəkarlığı və obyektivliyi təmin etməyə imkan verir.

MFL-in üçüncü mövsümündə bizi hansı yenilikər gözləyir?

Liqanın formatı

Turnir birləşmiş idman malları mağazalar United Sport şəbəkəsinin dəstəyi ilə keçiriləcək və “United Sport MFL Liqası” adını daşıyacaq.

Bu mövsüm daha çox – 80 komandanın iştirakı planlaşdırılır.

Onlar hər birində 20 komanda olmaqla 4 konferensiyaya bölünəcəklər. Komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

Bu dəfə pley-off mərhələsinə 16 deyil, 32 komanda vəsiqə qazanacaq. Hər konferensiyadan 8 komanda.

Turnirin mükafat fondu və qeydiyyat üçün ödəniş

Mükafat fondunda da dəyişiklik olub:

- Qalib əvvəlki kimi 10.000 manat alacaq,

- İkinci yerin qalibi 2.000 manat,

- Üçüncü yeri tutan komanda növbəti mövsümdə pulsuz çıxış etmək hüququ qazanacaq,

- Liqanın ən yaxşı bombardiri “United Sport” mağazasından 300 manat dəyərində hədiyyə kuponu əldə edəcək,

- Ən yaxşı assistentlər və qapıçı isə “United Sport” mağazasından 200 manat dəyərində hədiyyə kuponu qazanacaqlar

Həvəskar komandalar (sponsorlarının olub olmamasından asılı olmayaraq) 1200 manat qeydiyyat haqqı ödəməlidirlər.

Korporativ ad altında çıxış etmək istəyən komandalar isə (misal üçün, sponsorluq edən şirkətin adı altında) 2200 manat ödəməlidirlər.

Qeyd:

Qeydiyyatdan keçən hər komanda “United Sport” mağazalar şəbəkəsindən 200 manat dəyərində hədiyyə kuponu və əlavə alış-verişə 20% -lik endirim kartı alacaq.

Reqlament

Heyətində minimum 10, maksimum isə 15 oyunçu olan istənilən komanda qeydiyyatdan keçə bilər. Onlardan ən azı 2-si qapıçı olmalıdır. Komandanın kapitanı və vitse-kapitanı da göstərilməlidir. Eyni zamanda bir və yaxud iki məşqçi də sifariş verilə bilər. Oyun zamanı meydanda 5 sahə oyunçusu və 1 qapıçı olacaq.

Reqlamentin tam mətni ilə bu linkdə tanış ola bilərsiniz: http://www.mfl.az/az/info/qaydalar/

Reqlamentin tam mətnini isə bu linkdən yükləyə bilərsiniz:

https://www.dropbox.com/s/kyu07a9s11cnk12/Reqlament-son%20variant.doc?dl=0

Lakin, aşağıdakı dəyişikliklərə diqqət yetirməlisiniz:

Peşəkarların buraxılması

Aşağıda sadalanan hallar istisna olmaqla, MFL-də hər hansı futbol,  futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (hər hansı komandanın rəsmi ərizəsində, o cümlədən hakimin protokolunda yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:

- 2015-2016-cı il  (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların;

- 2016-2017-ci il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 (iki) oyunçunun;

- 2017-2018-ci və ya 2018-2019-cu il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun;

- 2013-2014-cü il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun;

- 2015-ci (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştrakına icazə verilir.

Liqada 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilər.

Reqlamentə uyğun gəlməyən oyunçuların (“lipa”) aşkarlanması

Komandanın oyunçuları mövsüm öncəsi və turnirin gedişatı zamanı yoxlanılır. Komandanın heyətində sifariş olunmuş oyunçulardan mövsüm ərzində saxtalaşdırılma və ya Qaydalara uyğun olmaması aşkarlanarsa, məsuliyyəti komanda daşıyır.

Komandada Qaydalara uyğun olmayan 1 və ya 2  oyunçu aşkarlanarsa həmin oyunçular turnirdən uzaqlaşdırılır, komandanın xalları isə silinmir.

Komandada bu Qaydalara uyğun olmayan 3 oyunçu aşkarlandıqda isə komandanın özü turnirdən kənarlaşdırılır, bütün oyunlar (keçirilmiş oyunlar daxil olmaqla) üzrə 0-3 hesablı texniki məğlubiyyət verilir. 

Komandanın turniri könüllü olaraq tərk etməsi və yaxud onun diskvalifikasiya edilməsi

- Bütün oyunlara görə (keçmiş və qarşıdakı) komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

- Turnirdən çıxan zaman qeydiyyat haqqı geri qaytarılmır.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: (070) 269-00-21, (055) 587-53-54

Qeydiyyatla bağlı bütün sualları "United Sport" mağazasında yerləşən "MFL koşəsində" nümayəndəmizə ünvanlandırıla bilərsiniz.

Ünvan: Səməd Vürğün kücəsi 34, AF Mall Ticarət Mərkəzi, "United Sport" mağazası.

MFL nümayəndəsinin iş vaxtı: 14:00-dən 20:00 kimi. İstirahət günləri - Şənbə, Bazar.

E-mail: [email protected]

Ərizə və sənədlər 15 sentyabr tarixinə qədər qəbul edilir.

Paylaş:
975

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər