MFL - PS4 Cup-ın qalibi müəyyənləşdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İdman

MFL - PS4 Cup-ın qalibi müəyyənləşdi – FOTO – VİDEO

14:25 - 21 / 11 / 2017
MFL - PS4 Cup-ın qalibi müəyyənləşdi – FOTO – VİDEO

“Çaynataun” restoranında MFL-in FIFA 2018 - PS4 Cup üzrə ilk çempionatı baş tutdu.

1news.az-ın verdiyi xəbərə görə, turnirdə MFL oyunçuları, liqanın tərəfdaşları, eləcə də MFL-in Facebook sosial şəbəkəsindəki istifadəçiləri iştirak ediblər.

Turnirin qalibi Nahid Təməzov oldu. O, finalda Ravil Mənsimova qalib gəlib.

Həmçinin turnirdə MFL-in təsisçisi Rəhman Hacıyev, Ayaz Əhmədov, eləcə də “Zirə” və futbol üzrə Azərbaycan yığmasının futbolçusu Təmkin Xəlilzadə də iştirak edib.

Turnirin təşkilatçısı, mini futbol liqasının (MFL) təsisçisi və 1news.az İnformasiya Agentliyinin baş redaktoru Rəhman Hacıyev qeyd edib ki, bu cür turnirlər gələcəkdə də keçiriləcək:

“Bu turnirləri MFL ailəsinin üzvləri və liqamızın dostlarını əyləndirmək üçün təşkil edirik. Bu cür turnirlərin gələcəkdə də keçirilməsini planlaşdırırıq”.

Qeyd edək ki, qalib təşkilatçıdan Skybox Bakı Olimpiya Stadionunda “Qarabağ” – “Çelsi” oyunu üçün 2 bilet aldı.

İkinci yerin qalibi Ravil Mənsimov Nike-dan orjinal topla mükafatlandırılıb.

Üçüncü yeri Anad Bədəlov tutub. Ona Vapiano restoranına 50 manat dəyərində kupon təqdim edilib.

MFL – Artıq öz fəaliyyətini iki mövsüm davam etdirən Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqasıdır. MFL – futbol həvəskarları tərəfindən FUTBOLSEVƏRLƏR ÜÇÜN yaradılmış liqadır.

GSP Logistic komandasının möhtəşəm qələbəsilə başa çatan ilk mövsüm 42 komandadan ibarət 600 oyunçunu əhatə edib. İkinci mövsümdə isə 55 komanda iştirak edib. 

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
676

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər