Metroda həyəcanlı anlar: maşinist relsin üstünə yıxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda həyəcanlı anlar: maşinist relsin üstünə yıxılıb

10:36 - 21 / 11 / 2018
Metroda həyəcanlı anlar: maşinist relsin üstünə yıxılıb

Noyabrın 19-u səhər saat 7 radələrində "Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında həyəcanlı anlar yaşanıb.

1news.az-ın Modern.az-a istinadla verdiyi xəbərə görə, həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.

Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiqləyib:

"Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək”.

B.Məmmədov qeyd edib ki, maşinistin kabinanı dəyişmə səbəbi qatarıın "Memar Əcəmi-2 " stansiyasından "Avtovağzal” stansiyasına gedib və qayıtmasıdır:

"Maşinist qatarı "Avtovağzal” stansiyasına sürmək üçün kabinanı tərk edib, digər kabinaya gedərkən belə bir hadisə yaşanıb”.

S.Xankişiyeva

 

Paylaş:
375

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər