Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcə aşağı enəcək

13:52 - 15 / 01 / 2019
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək.

Respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Babək Cahandarov

Paylaş:
581

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər