Messinin maaşı açıqlandı: hamıdan çox alacaq - SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Messinin maaşı açıqlandı: hamıdan çox alacaq - SİYAHI

12:43 - 28 / 11 / 2017
Messinin maaşı açıqlandı: hamıdan çox alacaq - SİYAHI

“Barselona” ilə yeni müqavilə imzalayan Lionel Messinin məvacibi müəyyənləşib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, argentinalı dünyanın ən çox maaş alan futbolçusuna çevrilib.

Yeni anlaşmaya əsasən, 2021-ci ilə qədər Kataloniya klubuna məxsus olan 31 yaşlı superulduzun illik məvacibi 43 milyon avro təşkil edəcək. Bundan əlavə, hücumçu müqavilə pulu kimi də 50 milyon əldə edəcək.

Leo bununla ən çox maaş alan həmyerlisi Karlos Tevezi qabaqlayıb. Karyerasını Çində davam etdirən Tevezi isə yayda PSJ-nin yolunu tutan Neymar izləyir.

Ən çox maaş alan futbolçuların siyahısına nəzər yetirdikdə, ilk “onluq”da qərarlaşanlardan yarısının Çində oynadığı görünür.

Ən çox maaş alan futbolçular:

  1. Lionel Messi – “Barselona”
    Maaşı: 43 milyon avro + 50 milyon avro müqavilə pulu 
  1. Karlos Tevez – “Şanxay Şenxua”
    Maaşı: 38 milyon avro 
  1. Neymar - PSJ
    Maaşı: 36 milyon avro 
  1. Kriştianu Ronaldo – “Real” 
    Maaşı: 34 milyon avro 
  1. Oskar – “Şanxay SİPG”
    Maaşı: 24 milyon avro 
  1. Qaret Beyl – “Real”
    Maaşı: 23 milyon avro 
  1. Ezekyel Lavezzi – “Hebey Çayna Fortun”
    Maaşı: 23 milyon avro 
  1. Halk – “Şanxay SİPG”
    Maaşı: 20 milyon avro 
  1. Pol Poqba – “Mançester Yunayted”
    Maaşı: 17 milyon avro 
  1. Qratsiano Pelle – “Şandun Lunen”
    Maaşı: 15 milyon avro 

Qeyd edək ki, müqaviləyə əlavə edilmiş bəndə əsasən, Lionel Messinin sərbəst qalma məbləği 700 milyon avrodur.

1news.az

Paylaş:
3514

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər