Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın vaxtı uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın vaxtı uzadılıb

17:45 - 25 / 09 / 2018
Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın vaxtı uzadılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin vaxtı sentyabrın 28-dək uzadılıb.

BŞTİ-dən 1news.az-a bildiriblər ki, elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 29-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 21.803 ərizənin online qeydiyyatı (sentyabrın 25-i saat 11:00-a olan məlumata əsasən) aparılıb.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qruplarının yaradılmasının məqsədi 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiqləyən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), iki ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap edilmiş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb edilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarında gün ərzində üç məşğələ, həftədə dörd gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən mayın 31-dək davam edir.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

1news.az

Paylaş:
372

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər