1news.az

Məktəbdə faciə: 2-ci sinif şagirdi dünyasını dəyişib

25 Sentyabr saat 10:38 ~ 1 dəqiqəlik oxu 2269
Məktəbdə faciə: 2-ci sinif şagirdi dünyasını dəyişib

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

1news.az-ın Unikal.org-a istinadla verdiyi xəbərə görə, hadisə tənəffüs zamanı yaşanıb.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən məktəbin direktoru İradə İbrahimova bildirib ki, hadisə tənəffüs zamanı, uşaq yemək yeyərkən baş verib:

“Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosika olan çörək yeyirdi. Uşağın anginası var idi. Bu zaman müəlliminə yaxınlaşıb dedi ki, boğuluram. Uşağı təcili məktəbin tibb bacısının yanına gətirdik ki, kömək etsin. Bu an uşağın dili qatlandı və tibb bacısı dilini tutmağa çalışdı. Tez təcili yardıma da zəng etdik. Təcili yardım gəlsə də uşağa heç nə edə bilmədilər. Təəssüflər olsun ki, azyaşlının həyatını xilas etmək mümkün olmadı. Artıq sözügedən hadisə ilə bağlı polis araşdırma aparılır. Onu da qeyd edim ki, bu uşaq 10 ildən sonra dünyaya gəlib”.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net