Məktəb direktoru özünü məktəb binasından atan şagirdlə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəb direktoru özünü məktəb binasından atan şagirdlə bağlı açıqlama yayıb

17:12 - 06 / 04 / 2019
Məktəb direktoru özünü məktəb binasından atan şagirdlə bağlı açıqlama yayıb

162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova özünü məktəb binasından atan 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı açıqlama yayıb.

1news.az-ın məlumatına görə, direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir.

Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb. Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Bakının Səbail rayonunun 162 saylı orta məktəbinin VIII sinif şagirdi Elina Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Elina Hacıyeva bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Məktəbdən isə şagirdin özünü atmadığı, yıxıldığı bildirilib.

1news.az

Paylaş:
2910

Son xəbərlər

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47Dörd rayonda qaz kəsiləcəkBu gün, 09:33AMB bu günə valyuta məzənnələrini açıqladıBu gün, 09:18Kəlbəcərdə əl qumbaraları aşkarlanıbBu gün, 09:04Bakının bu yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:03
Bütün xəbərlər