Meksikalı musiqiçilər Azərbaycan tamaşaçılarının zövqunu oxşayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksikalı musiqiçilər Azərbaycan tamaşaçılarının zövqunu oxşayıb - FOTO

16:05 - 25 / 06 / 2019
Meksikalı musiqiçilər Azərbaycan tamaşaçılarının zövqunu oxşayıb - FOTO

Məhşur meksikalı zərb aləti ifaçısı, bu ölkədə marimba alətinin hazırlanması və ifası ilə məşğul olan beş nəsil ustadların adətinin davamçısı Xavyer Nandayapa və zərb aləti ifaçısı Mirna Yam Beynəlxalq Muğam Mərkəzində marimba və digər zərb alətlərində ifaları ilə çıxış ediblər.

1news.az xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyinin Beynəlxalq Muğam Mərkəzi, Bakı Musiqi Akademiyası (BMA), Landmark otel və Türk Hava Yolları ilə əməkdaşlığı əsasında həyata keçirilən səfər çərçivəsində Xavyer Nandayapa BMA-da ustad dərsi keçib.

Maestro Nandayapa Akademiyanın tələbələrinə Meksika marimbasının xüsusiyyətlərini, tarix  boyu alətin təkamülünü izah edib və müxtəlif ifa texnikalarını nümayiş etdirib. Marimba kimi xalq musiqisində yer alan, eyni zamanda klassik orkestrlərdə təmsil olunan zərb alətlərə istinad ediB. Tələbələr bəzi əsərləri ifa etmək və ifalarını yaxşılaşdırmağa dair maestro Nandayapadan birbaşa təlimatlar almaq imkanında olublar.

İyunun 24-də Landmark otelində  tamaşaçılar Xavyer Nandayapa və Mirna Yamın təkrarsız ifasından zövq aldılar. Meksika musiqiçiləri tərəfindən ifa olunan Meksika, Latın Amerikası və Avropa bəstəkarlarının əsərləri dinləmək tamaşaçılara xoş anlar yaşatdı. Qeyd etmək lazımdır ki, maestro 30 illik səhnə fəaliyyətinə həsr olunan və Azərbaycan da daxil olmaqla, 17 ölkəni əhatə edən turu həyata keçirməkdədir.

P.Sultanova

Paylaş:
540

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər