Meksika və Azərbaycan kino sahəsində əməkdaşlığı müzakirə ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika və Azərbaycan kino sahəsində əməkdaşlığı müzakirə ediblər

15:13 - 12 / 11 / 2018
Meksika və Azərbaycan kino sahəsində əməkdaşlığı müzakirə ediblər

Mədəni sahədə, ələlxüsus, kinematoqrafiya sahəsində əlaqələri inkişaf etdirmək üçün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Dövlət Film Fondunun direktoru Rasim Salmanov ilə görüşlər keçirib.

1news.az-a Meksika səfirliyindən verilən məlumata görə, görüşlərdə ikitərəfli münasibətlərdən danışılaraq, mədəni sahədəki əlaqələrin dinamikası müsbət qiymətləndirilib.

Azərbaycan tərəfi milli kinonun tarixi, eyni zamanda kinomatoqrafiya ilə bağlı müəssisələrin fəaliyyəti haqqında bir sıra məlumatlar təqdim edib.

Səfir Labardini rəhbərlik etdiyi diplomatik nümayəndəlik tərəfindən kino sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Bakıda baş tutan Meksika Kinosu Festivalını vurğulayıb. Bu tədbirlər zamanı yerli publikanın Meksika mədəniyyətinə olan xüsusi marağını qeyd edib. Bundan əlavə, Meksika kinosunun inkişafı, onun qızıl və intibah dövrləri, xüsusi ilə illər boyu Meksika kinematoqrafiyasının dünya səviyyəsində tanıdılması haqqında məlumatı təqdim edib. Bu xüsusda, qeyd edib ki, son illərdə bir çox Meksika kino xadimləri Oskar mükafatına layiq görülüb: Alexandro Gonzalez İnyarritu, Emmanuel Lubezki, Alfonso Kuaron, Qiyermo del Toro və digərləri.

Tərəflər Meksika kinosunun Azərbaycanda daha çox təşviq olunması imkanlarını müzakirə edərək, həm ölkə paytaxtında, həm də regionlarda müvafiq festival və tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

1news.az

Paylaş:
459

Son xəbərlər

Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44
Bütün xəbərlər