Meksika və Azərbaycan gömrük sahəsində əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika və Azərbaycan gömrük sahəsində əməkdaşlığı müzakirə edib

16:16 - 08 / 11 / 2017
Meksika və Azərbaycan gömrük sahəsində əməkdaşlığı müzakirə edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə gömrük sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Komitə sədri hər iki ölkə arasında siyasi münasibətlərin inkişafını qeyd edib, iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün potensialı vurğulayıb. Bundan əlavə, Meksikanın müvafiq qurumu ilə sıx əlaqələrindən danışaraq gömrük xidmətinin təkmilləşməsinin yeni yollarını axtarmaq, həmçinin fikir və təcrübə mübadiləsini həyata keçirmək məqsədilə daimi dialoq apardıqlarını deyib.

Səfir Labardini bu il 25-illiyini qeyd edən ikitərəfli diplomatik münasibətlərin ümumi panoramasını diqqətə çatdırıb. Bu xüsusda, hər iki ölkə səfirliklərinin rolu və onların fəaliyyətinin əməkdaşlığın müxtəlif sektorlarına müsbət təsirindən danışıb. Diplomat dünya üzrə 14-cü yeri tutan Meksika iqtisadiyyatının bir neçə vacib göstəricisini qeyd edib. Həmçinin, vurğulayıb ki, ticarətin asanlaşdırılması üçün texnologiyanın düzgün istifadəsi və effektiv müasirləşmə prosesinin mövcudluğu ilə vergi yiğımının artımı və Meksika şirkətlərinin məhsuldarlığının güclənməsində ölkənin gömrük sistemi əsas rol oynayır. Məlumat verilib ki, ölkənin 49 gömrük məntəqəsindəki yığım milli yığımın 29%-i təşkil edir, bu da, ƏDV üzrə vergi gəlirlərinin 72%-ə bərabərdir. Xarici ticarət əməliyyatlarından gələn yığım, son ildə 13,7% artımı ilə, 787 min 550 milyon peso cıvarında qərarlaşır.

Tərəflər gömrük sahəsində ikitərəfli əlaqələrin səviyyəsindən məmnuluq ifadə edərək müvafiq hüquqi bazanın güclənməsi zəruriyyətini qeyd ediblər. Həmçinin, beynəlxalq təşkilatlar, Dünya Gömrük Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə olunub. Təcrübəni bölüşmək və zənginləşdirmək məqsədilə bu sektordan olan müəllim və tələbə mübadiləsinin vacibliyi vurğulanıb.

 P.Sultanova

 

 

Paylaş:
708

Son xəbərlər

Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13
Bütün xəbərlər