Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib - FOTO

16:43 - 13 / 10 / 2018
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTD) professor-müəllim heyətini, tələbələrini və məzunlarını bu ali məktəbin 260 illik yubileyi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru Pyotr Qlıboçkoya təbrik məktubunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən yubiley gecəsində təqdim edib.

Məktubda deyilir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti özünün “Bərabərlər arasında birinci!” devizini tamamilə doğruldur. Nadir akademizm və novatorluq, yaradıcı axtarış və məsuliyyət atmosferi Seçenov Universitetinin çox böyük elmi, mədəni və mənəvi mərkəzə çevrilməsinə imkan verib. Universitetin professorları və müəllimləri həmişə öz yüksək erudisiyası, ziyalılığı və ən başlıcası, öz humanist peşəsinə sevgisi və sədaqəti ilə fərqləniblər. Birinci Tibb Universitetinin nüfuzu və şöhrəti Rusiyanın sərhədlərini çoxdan aşıb. Axı həqiqi elm mahiyyət etibarilə beynəlmiləldir, onun inkişafı beynəlxalq elmi-təhsil əməkdaşlığından ayrılmazdır.

Azərbaycanın Birinci vitse-prezidenti öz məktubunda Seçenov Universitetinin beynəlxalq əlaqələrinin geniş coğrafiyaya malik olmasını qeyd edir. MDTU-nun Bakıda açılmış filialı özünün təhsil, müalicə və elmi fəaliyyətini uğurla həyata keçirir. Bu, Azərbaycan ilə Rusiyanın dostluq münasibətlərinə daha bir parlaq sübutdur. Təbrik məktubunda vurğulanır: “Ölkələrimiz elmi və humanitar əməkdaşlığı, vahid təhsil və mədəni məkanı qoruyub saxlayıb və möhkəmləndiriblər. İki əsrdən artıq fəaliyyəti dövründə Seçenov Universiteti böyük yol keçib, adlı-sanlı həkimlərin, alimlərin və maarifçilərin gözəl nəslini yetişdirib. Seçenov Universiteti insanların həyatının və sağlamlığının qorunub saxlanması naminə humanizm və şəfqət ideallarına əsaslanan nəcib missiyasını davam etdirir. Birinci MDTU təkcə Rusiya üçün deyil, həm də bir sıra başqa ölkələr üçün tibbi kadrlar hazırlanan iri mərkəzdir. Siz Seçenov Universitetinin ən yaxşı ənənələrini, tədrisin və həkim sənətinin ən yüksək standartlarını qoruyub saxlayırsınız. Bu gün sizin məzunlar dünyanın bir çox guşələrində elmi araşdırmalar aparır, insanlara sağlamlıq və həyat sevincini qaytarırlar. Seçenov adına Tibb Universitetinin yubileyi təkcə Rusiya üçün deyil, bütün dünyanın tibbi və elmi ictimaiyyəti üçün və əlbəttə, şəxsi bioqrafiyası Seçenov Universiteti ilə bağlı olan hər kəs üçün parlaq, mühüm hadisədir. Mən bu nüfuzlu universitetin məzunu olduğuma görə qürur duyuram və aldığım biliklərə, dəyərli şəfqət və xeyirxahlıq məktəbinə görə öz müəllimlərimə təşəkkür edirəm”.

Birinci vitse-prezident Seçenov Universitetinin müəllimlərini və tələbələrini bu əlamətdar tarix münasibətilə təbrik edib, Birinci MDTU-nun həmişə belə yüksək nüfuz və hörmət sahibi, yeni ideyalar üçün açıq, xeyirxah və nurlu məkan kimi qalmasını arzu edib.

Birinci MDTU-nun rektoru Pyotr Qlıboçko təbrik üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rektor deyib: “Bizim üçün çox xoşdur ki, Azərbaycanın Birinci vitse-prezidenti, universitetimizin fəxri professoru Mehriban Əliyeva bizim universiteti bitirib. Mehriban Əliyevanın sayəsində Azərbaycanda bizim filialımız işləyir. Bu gün Bakı filialında 500 nəfər təhsil alır. Bizim universitet öz məzunları ilə həmişə fəxr edir”.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (Birinci MDTU) 260 illik yubileyini qeyd edir. İ.M.Seçenov adına Birinci MDTU-nun sələfi 1755-ci ildə açılmış Moskva İmperator Universitetinin tibb fakültəsi olub. 1917-1930-cu illərdə tibb fakültəsi Moskva Dövlət Universitetinin (MDU) tərkibində olub. 1930-cu ildə bu fakültə MDU-dan ayrılıb və Birinci Moskva Tibb İnstitutuna çevrilib. 1955-ci ildə instituta İ.M.Seçenovun adı verilib, 2010-cu ildən isə həmin institut Birinci Moskva Dövlət Tibb Universiteti kimi fəaliyyət göstərir.

Nikolay Piroqov, Anton Çexov, İvan Seçenov, Leo Bokeriya və başqaları bu ali məktəbin məzunları olublar.

Birinci MDTU-nun yeganə filialı 2015-ci ildə Bakıda açılıb. Filialda təhsil Seçenov Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir, məşğələlər rus dilində aparılır. Filialın məzunlarına Birinci MDTU-nun diplomu verilir.

1news.az

Paylaş:
747

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər