Məhəmməd Baqeri: İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Məhəmməd Baqeri: İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir

17:06 - 17 / 01 / 2019
Məhəmməd Baqeri: İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir

Son illər Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə mühüm irəliləyişlər əldə olunub.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, eləcə də İran İslam Respublikası qurulandan bəri İrandan Azərbaycana ilk dəfə hərbi və müdafiə sahəsində yüksək səviyyəli nümayəndə heyətinin səfəri müvafiq sahələrdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakıya səfəri ilə əlaqədar fikirlərini bölüşən İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri mətbuat nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

Məhəmməd Baqeri diqqətə çatdırıb ki, İran Azərbaycanı özü üçün qonşu, dost və qardaş ölkə hesab edir. Lakin biz münasibətlərimizin bu səviyyədə olması ilə kifayətlənə bilmərik. İki ölkə arasında müştərək layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmir yolu xəttinin çəkilişi, eləcə də digər infrastruktur və yol-nəqliyyat layihələri icra olunmaqdadır. Bu layihələr icra olunduqdan sonra iki ölkə arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələr daha da genişlənəcək və inkişaf edəcək. İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.

Məhəmməd Baqeri qeyd edib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, onların doğma yurd-yuvalarına qayıtması məsələsinin həll olunmasını istəyir.

S.Xankişiyeva

 

Paylaş:
455

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər