Mədinə Hacıyeva: Qızıma baxanda ürəyim parçalanır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədinə Hacıyeva: Qızıma baxanda ürəyim parçalanır – FOTO

17:23 - 17 / 08 / 2018
Mədinə Hacıyeva: Qızıma baxanda ürəyim parçalanır – FOTO

Səkkiz yaşlı Ameliyanın anasının səsi dərddən və kədərdən əsir...

Ola bilsin ki, gənc ana baş verənləri hələ də dərk etməyib. Həkimlərin söylədikləri “kəskin leykoz” xəstəliyinin qızına aid olmasına inanmır...

“Ameliyada adi zökəm olub. Lakin bir neçə gün yüksək temperatur davam etdi. Dərhal qızımı xətəxanaya yatırdıq, qan analizi verdi. Hematologiya və Transfusiologiya Elmi-Tədqiqat İnstitutunda alınan qan analizindən sonra ona dəqiq analiz qoyuldu, nəticə bizi dəhşətə gətirdi...

Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik. İndi ona baxanda ürəyim parçalanır: zəif, gücsüz, kədərli...

Axşam Minska uçacağıq. Orada Uşaq Onkologiya, Hematologiya və İmmunologiya Mərkəzində sümük iliyindən nümunə götürüləcək. Bundan sonra Ameliyanın dəqiq hansı müalicə forması gözlədiyi aydınlaşacaq. Hər şeyə o analizdən sonra qərar veriləcək”, - bunu Ameliyanın anası Mədinə Hacıyeva bildirir.

M.Hacıyevanın sözlərinə görə, müalicə ilə bağlı dəqiq məbləğ Belorus həkimlərinin dədiq diaqnozundan sonra veriləcək. Lakin hər halda ailənin müalicə üçün geniş imkanlara sahib  deyil.

“Müalicə üçün lazım olan məbləğ 30-40 min dollardan 70-90 min dollar ətrafında dəyişir. Bu da sümük iliyinin nəqlindən asılı olacaq. Dostların və yaxınların maddi yardımı hesabına Minskdakı klinikaya getmək imkanı var. Qiymətlər klinikanın rəsmi saytında qeyd edilib: https://oncology.by/paczientam

Allaha yalvarıram ki, körpəmin vəziyyəti yaxşılaşsın. Allaha dua edirəm ki, onurğa beyin nəqli ilə bağlı əməliyyat olmasın, bütün bunlardan o, rahatlıqla keçsin. Yekun nəticənin nə olmasından asılı olmayaraq, biz qızımı xilas etmək üçün mübarizə aparacağıq. Xahiş edirəm bizə kömək edin”.

Ameliyanın valideynləri Namiq Osmanov və Mədinə Hacıyevanın dostları Facebook vasitəsilə başlayıblar.  

Həmçinin biz də Ameliyanın valideynlərinin xahişini nəzərə alaraq ona kömək etməyə və bu məlumatı yaymağa qoşulduq.

Maddi köməklik etmək istəyənlər (+99455) 220-09-94 (Nazilə Kərimova) nömrəsinə zəng etməklə və ya WhatsApp: (+9955) 441-05-50 (Mədinə Hacıyeva, Ameliyanın anası) yazmaqla edə bilər.

Aşağıda tibbi sənədlərin skrinlərini, həmçinin bank rekvizitlərini qeyd edəcəyik:

  • card to card əməliyyatı
  • MilliÖN vasitəsilə əməliyyatın kodu 922688 (10.07.1992)

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
14127

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər