1news.az

“Media və təhlükəsiz qida” mövzusunda brifinq keçirilib

17 Mart saat 13:37 ~ 1 dəqiqəlik oxu 215
“Media və təhlükəsiz qida” mövzusunda brifinq keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media və təhlükəsiz qida” mövzusunda görüş keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Agentliyin vəzifəli şəxsləri və media nümayəndələri iştirak edib.

Görüşün keçirilməsində məqsəd Qida Təhlükəsizliyi Agentliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyi anlayışının istehlakçılar, sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində iştirakını yaxından təmin etməkdir.

Görüşə açılış nitqi ilə başlayan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbir iştirakçılarını salamlayaraq Qida Təhlükəsizliyi Agentliyi ilə media qurumları arasında qurula biləcək əməkdaşlıq əlaqələrinin vacibliyindən bəhs edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli media nümayəndələrini salamlayaraq Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib. Agentliyin sədri qida təhlükəsizliyi sahəsində geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və bu sahədə media ilə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb. Agentliyin qısa və orta müddətli təbliğat-təşviqat kampaniyaları haqqında məlumat verən Q.Təhməzli bu aksiyalarda qida zəncirinin bütün halqalarında yer alan sahibkarlıq subyektlərinin də iştirakının önəmindən bəhs edib.

Tədbirin sonunda sual-cavab sessiyası baş tutub, Agentlik və jurnalistlər arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunub.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net