1news.az

Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim edilib

21 İyun saat 14:55 ~ 1 dəqiqəlik oxu 126
Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim edilib

Azərbaycanın yeni Müdafiə Sənayesi naziri Mədət Quliyev nazirliyin kollektivinə təqdim edilib.

Yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Bununla da Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi səlahiyyətlərinin icrasına başlayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib.

Report.az

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net