McDonald’s Azərbaycan-ın dəstəklədiyi basketbol komandası çempion oldu – FOTO | 1news.az | Xəbərlər
İdman

McDonald’s Azərbaycan-ın dəstəklədiyi basketbol komandası çempion oldu – FOTO

11:00 - 24 / 04 / 2018
McDonald’s Azərbaycan-ın dəstəklədiyi basketbol komandası çempion oldu – FOTO

Kişilər arasında keçirilən basketbol üzrə 25-ci respublika çempionatına yekun vuruldu. Aprelin 21-də baş tutan final qarşılaşmasında McDonald’s Azərbaycan-ın dəstəklədiyi NTD komandası bütün rəqiblərinə qalib gələrək çempionatın ən yüksək titulunu – respublika çempionluğunu qazandı.

Əsasən 20 yaşlılardan ibarət olan NTD komandası 2001-ci ildən respublika və beynəlxalq turnirlərdə öz gücünü sınayıb və bir sıra beynəlxalq turnirlərin qalibi olub. Komandanın baş məşqçisi Tahir Baxşıyev də vaxtilə bu komandada oyunçu kimi oynayıb və hazırda komandaya rəhbərlik edir. Tahir Baxşıyevin sözlərinə görə, komandanın uğurları və çempionluq tituluna yenidən yüksəlməsi çox qürurvericidir.

NTD komandası 17 il ərzində respublika çempionatında 11 dəfə çıxış edib və bunlardan 8 dəfə respublika çempionu olub. Qalib gələn komandanın 20 yaşlı oyunçuları  ölkəmizi bu il Bolqarıstanda keçiriləcək Avropa çempionatında təmsil edəcəklər. Avropa çempionatında  komandanın rəqibləri Belarus, Latviya, Belçika və Makedoniyanın komandaları olacaq.

Qeyd edək ki, McDonald’s Azərbaycan hər zaman idmana öz dəstəyini nümayiş etdirir. Müxtəlif beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisi olan şirkət, ənənəvi olaraq, müştəriləri üçün idmanla bağlı kampaniyalar, təkliflər və aksiyalar keçirir. Şirkət idmançılara göstərdiyi dəstəyə və onların qazandığı nəaliyyətlərə görə qürur hissi duyur.

“Biz Azərbaycanın bütün idmançılarına uğurlar arzu edirik və hər zaman beynəlxalq arenalarda Azərbaycanın bayrağını ucalarda dalğalanan görmək istəyirik”- deyə, şirkətdən bildiriblər.

Reklam hüququnda

 

Paylaş:
690

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər