Maşını olmayan deputatlar: “Metroya minirəm” | 1news.az | Xəbərlər
Siyasət

Maşını olmayan deputatlar: “Metroya minirəm”

15:58 - 12 / 11 / 2018
Maşını olmayan deputatlar: “Metroya minirəm”

Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var. Azərbaycan parlamentinin üzvlərindən üç nəfər isə heç şəxsi maşınlarının da olmadığını bildirir. Özlərinin dediyinə görə, evdən işə, işdən evə gedəndə, həmçinin çağırıldıqları tədbirlərə yollananda ictimai nəqliyyatdan istifadə edirlər.

1news.az Modern.az-a istinadən şəxsi avtomobili olmayan və tez-tez ictimai nəqliyyatdan istifadə edən deputatların adlarını təqdim edir:

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyir ki, nə xidməti , nə də şəxsi maşını var:

"Hər gün ictimai nəqliyyatdan və metrodan istifadə edirəm. İctimai nəqliyyatdan istifadəyə üstünlük verməyimi çoxları bilir. Həm də iş yerim yaşadığım əraziyə yaxın olduğundan piyada gəzməyə önəm verirəm. Uzağa getmək lazımdırsa, metrodan, avtobusdan istifadə edirəm".

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyevin də şəxsi avtomobili yoxdur. Özü belə deyir:

"Xidməti avtomobilim var, o da Gəncə şəhərindədir. Yeni Azərbaycan Partiyası tərəfindən verilib. Mənim şəxsi avtomobilimin olması ilə bağlı yayılan xəbərlər əsassızdır və yanlış informasiyalardır. Mənim avtomobilim olmayıb. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur. Bu, sadəcə olaraq, mənim üçün gündəlik həyat tərzidir. Tələbə vaxtı, Avropada, Türkiyədə ictimai nəqliyyatdan necə istifadə etmişəmsə, indi də elə. Hər kəsin də haqqı var ki, ictimai nəqliyyatdan istifadə etsin".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev də bununla bağlı açıqlamasında bildirib ki, həftənin ən az 5 gününü ictimai nəqliyyatdan istifadə edir:

"Amma məsələ burasındadır ki, hamı elə bilir göz qaytarıram. Ya da düşünürlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmək istəmir. Əslində isə vəziyyət həqiqətən fərqlidir. Durumumdan, bu günümdən əsla və əsla şikayətçi deyiləm. Sadəcə varlı-karlı da deyiləm, bunu da hamı bilsin". 

1news.az

Paylaş:
751

Son xəbərlər

Sabah leysan olacaq - ProqnozBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12
Bütün xəbərlər