Masallının Çaxırlı icmasında ilk qadın qrupu yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallının Çaxırlı icmasında ilk qadın qrupu yaradılıb - FOTO

14:34 - 16 / 03 / 2018
Masallının Çaxırlı icmasında ilk qadın qrupu yaradılıb - FOTO

Azərbaycan Kənd İnvestisiya Layihəsi və Hindistanın Kudumbaşri layihəsinin uğurlu əməkdaşlığının nəticəsi olaraq Masallı rayonunu Çaxırlı icmasında ilk qadın qrupu yaradılıb.

Bu barədə 1news.az-a Hindistanın bakıdakı səfirliyindən məlumat verilib.

Hindistanın Kerala ştatının Yoxsulluğun Azaldılması Missiyası tərəfindən həyata keçirilən Kudumbaşri layihəsinin “Yoxsulluğun Azaldılması və Qadınların Gücləndirilməsi” proqramınından olan bir qrup mütəxəssis AzKİL 2-yə 10 günlük səfərə gəlib.  Bu əməkdaşlıq, məhz AzKİL əməkdaşlarının Hindistana təcrübə səfərindən sonra bir az da inkişaf etmiş və 10 günlük səfər Hindistan və Azərbaycan hökumətləri arasında imzalanmış Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində səfirliyin dəstəyi sayəsində baş tutub.

Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi (AzKİL-2) Dünya Bankı tərəfindən dəstəklənən və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən bir layihədir.

Qadın qrupları qarşılıqlı dəstək, inam və birgə məsuliyyət prinsipi əsasında yaradılacaq. Qruplar əmanətləri bir yerə toplayacaq, kredit verəcək və qadın müəssisələrini təşviq edəcək. Bu təşəbbüs vasitəsilə qadınlara həm də maliyyə savadlılığı, sahibkarlıq, eləcədə qarşılaşdıqları problemlərin həll edilməsi yolları ilə bağlı təlimlər keçiriləcək.  

Kudumbaşri layihəsindən gəlmiş ekspertlər AzKİL heyətinə təlim keçdilər və onlar birlikdə Masallı rayon icra hakimiyyətinin başçısı, eləcə də Masallı və Lənkəran rayonlarında Çaxırlı və Separadi kənd bələdiyyə sədrləri ilə görüşlər keçirdilər.

Yalnız qadınlar üçün təşkil edilmiş görüşlərdən sonra həmin kəndlər daxilində 7 qadın qrupunun yaradılmasına qərar verildi . Beləliklə də bu proqram, Çaxırlı icmasıda “Bahar” adlı ilk qadın qrupun görüşünün baş tutması ilə fəaliyyətə başlamış oldu. Tamamzər Behbudova qrupun sədi, Samirə Bağırova isə qrupun katibi seçildilər və qrup toplanacaq əmanətin məbləğinə və iclasların həftəlik olaraq keçirilməsinə dair razılığa gəldilər.  Separadi rayonunda qadın qruplarının yaradılması 15 mart tarixinə planlaşdırılıb. Belə tədbirlər 17-18 mart tarixlərində Balakən rayonunun Qaysa icmasında da həyata keçiriləcək.

Bu model tədricən Azərbaycanın hər bir güşəsində yayılacaq və genişlənəcək.

P.Sultanova

 

Paylaş:
1296

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər