Marta Qalindo: Azərbaycan-Kolumbiya münasibətlərində nailiyyətlər əldə olunub | 1news.az | Xəbərlər
Siyasət

Marta Qalindo: Azərbaycan-Kolumbiya münasibətlərində nailiyyətlər əldə olunub

09:23 - 25 / 07 / 2018
Marta Qalindo: Azərbaycan-Kolumbiya münasibətlərində nailiyyətlər əldə olunub

Bakıda Kolumbiyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo çıxışında bu il ölkəsinin müstəqilliyinin 208 ili tamam olduğunu xatırladıb. Xanım diplomat ötən müddət ərzində ölkəsinin keçdiyi inkişaf yolundan söz açıb.

Bildirib ki, son 2 ildə Azərbaycan-Kolumbiya münasibətlərində nailiyyətlərin əldə olunub: “Kolumbiya və Azərbaycanın kənd təsərrüfatı sahələrini inkişaf etdirmək və əlaqələri möhkəmləndirmək naminə olan birgə marağı sayəsində, həmçinin özəl sektorların birgə apardığı  işin bəhrəsi olaraq artıq Kolumbiyada bolluq rəmzi olan narın yetişdirilməsinə başlanılıb. “Red Valley” Azərbaycan şirkətinin Kolumbiyaya bəxş etdiyi 1200 nar ağacı ölkəmizin Kauka Cayl vadisində yetişdirilməkdədir. Eyni qayda üzrə Zaqatalanın fındıqlarının da Kolumbiyaya aparılması üçün işlər görülür.

Bundan başqa, neft-qaz, yüksək texnologiyalı nəqliyyat və s. kimi sahələrdə müasir dünyada özünü sübut edən Azərbaycanla bu sektorda uzunmüddətli investisiyaların əldə edilməsi üçün danışıqlar aparılır".

Xanım Qalindo deyib ki, 2016-cı ildən bu yana böyük ümidlərlə başlanan birgə addımlar artıq son illərdə öz nəticələrini verərək daha da sürətlənib: “Bu il Azərbaycan dövlət qulluqçularına ispan dili tədrisinin 6-cı versiyasını keçirəcəyik. Ümid edirəm ki, ticarətdə əlaqələrin şaxələndirilməsi məqsədilə Qafqaz regionuna yad olan dadların, yeni tropik meyvələrin gətirilməsi üçün həyata keçirilən layihələr də qısa zamanda öz bəhrəsini verəcək. Azərbaycanla mədəniyyət və incəsənət sahəsində də əməkdaşlığa başlamaq üçün Kolumbiyanın dünyaca məşhur rəssamı Fernando Boteronun əsərlərinin gətirilməsi üçün Heydər Əliyev Fondu ilə birgə çalışırıq".

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn Azərbaycan hökuməti adından Kolumbiya xalqını və dövlətini təbrik edib.

A.Hüseynin sözlərinə görə, əlaqələr ötən illər ərzində daim inkişaf edib, möhkəmlənib,m siyasi-mədəni dialoq yaranıb, iqtisadi, turizm, kənd təsərrüfatı kimi sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar ortaya çıxıb.

Səfir deyib ki, Dağlıq  Qarabağ münaqişəsinə  dair Kolumbiya Konqresi  tərəfindən qətnamələrin qəbulunu Azərbaycan yüksək qiymətləndirir: “Azərbaycan Mərkəzi və Latın Amerikası ölkələri  ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Əminəm ki, münasibətlərimiz daha da inkişaf etdirilərək, xalqlarımızın mənafeyinə xidmət edəcək”.

P.Sultanova

Paylaş:
940

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər