Maroş Şefçoviç: TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maroş Şefçoviç: TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir

14:38 - 12 / 06 / 2018
Maroş Şefçoviç: TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir

Trans-Anadolu Boru Kəməri (TANAP) Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter” hesabında yazıb.

“TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır”, - deyə M.Şefçoviç bildirib.

“Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. Cənub Qaz Dəhlizi enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə də daxil olmaqla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu “körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib.

O deyib: “Bizim uzunmüddətli hədəfimiz azad ticarət, rəqabət və şaxələndirilmiş təchizat, mənbələr və marşrutlara əsaslanan ümumavropa enerji bazarının yaradılmasıdır. Bu, onu göstərir ki, Enerji Birliyi Aİ-nin sərhədlərində dayanmır və o, güclü xarici ölçüyə malikdir. İnanıram ki, Cənubi Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın tikintisi üç milli hökumətin davamlı dəstəyi sayəsində davam edəcək və nəticədə 2020-ci ildə Xəzər qazı Aİ-yə çatacaq. Bunun investisiyalar, iş yerləri, istehlakçılar üçün aşağı enerji qiymətləri və aşağı karbonlu iqtisadiyyatlara keçid baxımından tranzit və təyinatlı ölkələrə, onların yerli icmalarına mühüm faydaları olacaq”.

Xatırladaq ki, bu gün TANAP boru kəmərinin Əskişəhərədək olan hissəsi istismara veriləcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

1news.az

Paylaş:
358

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər