Marşallar üçün “Formula 1-ə giriş” təlimi keçirildi | 1news.az | Xəbərlər
FORMULA 1

Marşallar üçün “Formula 1-ə giriş” təlimi keçirildi

18:06 - 04 / 03 / 2017
Marşallar üçün “Formula 1-ə giriş” təlimi keçirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsi Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək marşallar üçün "Formula 1-ə giriş" adlı ilk təlimini keçirib.

1news.az Trend-ə istinadən bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin və Bakı Marşallar Klubunun rəhbəri Çingiz Mehdiyev deyib ki, təlimin keçirilməsində əsas məqsəd marşallara Formula 1 yarışlarında baş verən yenilikləri çatdırmaq və yeni seçilmiş marşalların ötən ildən etibarən Qran Pri yarışlarında iştirak edən marşallarla tanışlıq qurmasını təmin etməkdir.

Ç.Mehdiyev deyib ki, marşallar üçün yeni mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. Marşallar üçün təlimlər yeni Marşal Mərkəzində baş tutacaq. Mərkəzdə 10-a yaxın təlim mərkəzi, zəruri avadanlıqlar, praktika təlimləri üçün nəzərdə tutulan kiçik trek olacaq. Marşallar burada yarışı gerçəkliyə uyğun simulyasiya etmək imkanı əldə edəcəklər.

Ç.Mehdiyev qeyd edib ki, mövsümün ilk təlimində 700-dən çox marşal iştirak edib. Marşallıq proqramına qeydiyyat artıq başa çatıb və indiyədək 5 mindən çox şəxs marşal olmaq üçün proqrama müraciət edib.

1news.az

Paylaş:
1127

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər