1news.az

“Mançester Siti” məğlubiyyət, “Yuventus” qələbə ilə 1/4 finalda

8 Mart saat 10:48 ~ 2 dəqiqəlik oxu 213
“Mançester Siti” məğlubiyyət, “Yuventus” qələbə ilə 1/4 finalda

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, gecənin hər iki görüşü İngiltərədə baş tutub.

Premyer Liqada çempionluğa doğru inamla irəliləyən “Mançester Siti” “Bazel”lə qarşılaşıb. Cütün taleyi İsveçrədə həll olunduğundan bu qarşılaşma formal xarakter daşıyıb. Meydana əsasən, əvəzedicilərdən ibarət komanda çıxaran Xosep Qvardiola yekunda məğlub olsa da, mərhələni keçməyi bacarıb - 1:2.

“Tottenhem” isə çətin sınaqdan üzüağ çıxa bilməyib. ÇL-in son finalçısı “Yuventus”la qarşılaşan londonlular doğma meydan amili və səfərdə vurduqları iki qola rəğmən yekunda üzülməli olub. Alleqrinin komandası 2:1 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

7 mart

 

“Mançester Siti” (İngiltərə) – “Bazel” (İsveçrə) - 1:2

Qollar: Jesus, 8 - Elyunusi, 17, Lanq, 72

İlk oyun – 4:0

“Mançester Siti”: 1. Klaudio Bravo, 3. Danilo, 5. Con Stons, 8. İlkay Gündoğan, 14. Aymerik Laporte, 19. Leroy Sane, 20. Bernardo Silva, 33. Qabriel Jesus, 35. Aleksandr Zinçenko, 42. Yaya Ture, 47. Fil Foden

“Bazel”: 1. Tomas Vaçlik, 3. Leo Lakro, 5. Mixael Lang, 6. Fabian Fray, 7. Luka Zuffi, 17. Marek Suşi, 19. Dmirdi Oberlin, 20. Coffri Serey Day, 24. Muhammed Elyunussi, 25. Blas Riveros, 33. Kevin Bua

 

“Tottenhem” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2

Qollar: Son, 39 - İquayn, 63, Dibala, 65

İlk oyun - 2:2

“Tottenhem”: 1. Huqo Lloris, 2. Kieran Tripper, 5. Yan Vertogen, 6. Davinson Sancez, 7. Hun Min Son, 10. Harri Keyn, 15. Erik Dayer, 19. Musa Dembele, 20. Delle Alli, 23. Kristian Eriksen, 33. Ben Devis

“Yuventus”: 1. Canluci Buffon, 3. Corco Kyellini, 4. Medhi Benatia, 5. Miralem Pyaniç, 6. Sami Xedira, 9. Qonzalo İquayn, 10. Pablo Dibala, 12. Aleks Sandro, 14. Bleyz Matuidi, 15. Andrea Barzali.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net