“Mançester Siti” evdə məğlub oldu, “Real” darmadağına sevindi | 1news.az | Xəbərlər
Futbol

“Mançester Siti” evdə məğlub oldu, “Real” darmadağına sevindi

09:42 - 20 / 09 / 2018
“Mançester Siti” evdə məğlub oldu, “Real” darmadağına sevindi

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, ikinci oyun günündə 8 görüş keçirilib. Ötən turnirin qalibi olan İspaniya "Real Madrid"i doğma meydanda İtaliyanın "Roma" klubunu sınağa çəkib. Görüş "Kral klubu"nun böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

"Real Madrid"in sabiq futbolçusu Kriştianu Ronaldunun hazırkı komandası İtaliya "Yuventus"u isə İspaniyada "Valensiya"ya penalti qolları ilə qalib gəlib - 2:0. Turin təmsilçisi qələbəyə məhz Ronadunun qırmızı vərəqə almasından sonra azlıqda qaldığı halda nail olub. Miralem Pyaniç hər iki penaltidən dəqiq yararlanıb.

Eyni hesabla Almaniya "Bavariya"sı Portuqaliyada "Benfika"ya qalib gəlib. İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Yanq Boyz"u, "Ayaks" Hollandiyada Yunanıstan AEK-ini darmadağın edib - 3:0.

Ukrayna təmsilçisi "Şaxtyor" evdə Almaniya "Hoffenhaym"ı, Rusiya MOİK-i isə Çexiyada "Viktoriya" ilə görüşlərdə məğlubiyyətdən qurtulub - 2:2.

Gecənin sensasiyası isə "Mançester Siti"nin İngiltərədə Fransa "Lion"una uduzması olub - 1:2.

Çempionlar Liqası, I tur

19 sentyabr

E qrupu

20:55. "Ayaks" (Hollandiya) - AEK (Afina, Yunanıstan) - 3:0

Qollar: Nikola Talyafiko, 46; 90. Donni van de Beek, 77

23:00. "Benfika" (Portuqaliya) - "Bavariya" (Münhen, Almaniya) - 0:2

Qollar: Robert Levandovski, 10. Renato Sançes, 54

F qrupu

20:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Hoffenhaym" (Almaniya) - 2:2

Qollar: İsmaili, 27; Maykon, 81 - Florian Qrillitş, 6. Havard Nordtvayt, 38

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:2

Qollar: Bernardo Silva, 67 - Maksvel Korne, 26. Nabil Fekir, 43

G qrupu

23:00. "Viktoriya" (Plzen, Çexiya) - MOİK (Moskva, Rusiya) - 2:2

Qollar: Mixael Krmençik, 29; 41 - Fyodor Çalov, 49.

23:00. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya) - 3:0

Qollar: İsko, 45. Qaret Beyl, 58. Mariano Dias, 90+2

H qrupu

23:00. "Valensiya" (İspaniya) - "Yuventus" (İtaliya) - 0:2

Qol: Miralem Pyaniç, 45; 51 (hər ikisi pen.)

Qırmızı vərəqə: Kriştianu Ronaldu, 29 ("Yuventus")

23:00. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 0:3

Qollar: Pol Poqba, 35; 44 (pen.)

1news.az

Paylaş:
575

Son xəbərlər

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50
Bütün xəbərlər