Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:42 - 17 / 02 / 2018
Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun illik müqayisədə 4 milyard manat artmasının səbəbini açıqlayıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, əvvəlcədən də bəyan olunduğu kimi Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib və bu plan bankın kreditorlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib.

Onun sözlərinə görə, həmin plana uyğun olaraq Beynəlxalq Bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb ki, bu da xarici dövlət borcunun 30%-dən çox artmasına gətirib çıxarıb.

“Ötən il bu məsələ ilə bağlı dəfələrlə həm Maliyyə Nazirliyi, həm də  Azərbaycan Beynəlxalq Bankı tərəfindən mətbuata geniş məlumatlar verilib. Ona görə də xarici dövlət borcunda baş verən bu artımın bilərəkdən və ya bilməyərəkdən yeni və gözlənilməz bir xəbər kimi təqdim olunması və ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cüryozulması təəccüblüdür və başadüşülən deyil”, - deyə nazirlik rəsmisi vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
621

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər