Malayziya səfirliyində başsağlığı kitabı açılıb
Malayziyanın Bakıdakı səfirliyində bu ölkənin sabiq kralı və indi hakimiyyətdə olan monarxın atası, Pahanq ştatının sabiq vəliəhd-hakimi Sultan Əhməd Şah Əl-Musta-İn ibni Əl-Məhrumın vəfatı münasibətilə başsağlığı kitabı açılıb.
Bu barədə 1news.az-a Malayziyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Sabiq kral mayın 22-də 88 yaşında vəfat edib Kuala-Lumpur Milli Ürək İnstitutunda vəfat edib. O, mayın 23-də dəfn edilib.
Onun vəfatı ilə əlaqədar Pahanq ştatında bütün vətəndaşlar üçün 40 gün, kral ailəsinin üzvləri üçün isə 100 günlük matəm elan edilib.
Sultan Əhməd Şah Malayziya ştatlarının doqquz vəliəhd-hakimindən biri idi və 1979-1984-cü illərdə Malayziyanın kralı olub. Malayziya dövlət quruluşuna görə federativ konstitusiyalı monarxiyadır.
2019-cu ilin yanvarında səhhətinin pisləşməsi ilə əlaqədar Sultan Əhməd şah Pahanq sultanlığının taxtından imtina edib. Taxta onun ikinci oğlu, rəsmi vəliəhd Abdulla Riyatuddin Əl-Mustafa çıxıb.
Sultan Abdulla 2019-cu il yanvarın 31-də Malayziyanın kralı seçildikdən sonra II Abdulla adı ilə kral taxtına sahib olub.
P.Sultanova