Malayziya Azərbaycana yeni səfir təyin edib
Malayziya Azərbaycana yeni səfir təyin edib.
1news.az xəbər verir ki, yeni səfir Yubazlan Yusuf 1972-ci təvəllüdlüdür. O, 1996-cı ildən Malayziyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Ölkəsinin Peruda, Serbiyadakı səfirliklərində işləyib.
Azərbaycana səfir vəzifəsinə təyinat alana kimi isə, 2016-cı ildən etibarən Dubayda ölkəsinin baş konsulu olub.
Yeni səfir malay, ingilis, ispan, ərəb, yapon və alman dillərini bilir.
Y. Yusuf bu vəzifədə diplomatik missiyası cari ilin avqustunda başa çatmış Roslan Tan Sri Abdul Rəhmanı əvəz edəcək.
P.Sultanova
782