Madriddən kubokla: SABAH FC-nın gənc futbolçuları “Dostluq üçün futbol” layihəsində uğurla çıxış edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Madriddən kubokla: SABAH FC-nın gənc futbolçuları “Dostluq üçün futbol” layihəsində uğurla çıxış edib – FOTO – VİDEO

12:47 - 07 / 06 / 2019
Madriddən kubokla: SABAH FC-nın gənc futbolçuları “Dostluq üçün futbol” layihəsində uğurla çıxış edib – FOTO – VİDEO

“Sabah” futbol klubunun (FK) U-12  komandası “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirak edərək Vətənə kubokla qayıdıblar.

1news.az-ın verdiyi xəbərə görə, Madriddə “Qazprom”un təşkilatçılığı ilə keçirilmiş 7-ci “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsi sona çatıb. Final mərhələsi mayın 28-dən iyunun 2-dək keçirilib.

Xatırladaq ki, layihənin builki mövsümündə Azərbaycanı  SABAH FC-nın U-12 komandasının üzvləri Ayxan Əlizadə və Babamirzə Mehdiyev, həmçinin Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da təmsil ediblər. Həmçinin layihənin Azərbaycan üzrə nümayəndəsi Rüstəm Əzimov, U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov da Madridə getmişdilər.

Gənc futbolçular Madriddə möhtəşəm hadisənin bir hissəsi oldular. İspaniyada dünyada ən böyük futbol məşqləri keçirilib. Məşqlərin yekununa əsasən, proqram GUINNESS WORLD RECORDS®  sertifikatını alıb.

“Antiguan Racer” komandasında çıxış edən SABAH FC-nın qapıçısı Ayxan Əlizadə turnirin qalibi olub. Babamirzə Mehdiyevin komandası qrup mərhələsini keçə bilməyib. Eyni zamanda Fatimə Məhərrəmlinin komandası yarımfinala yüksəlib.

“Dostluq üçün futbol” sosial layihəsində iştirak edən Ayxan Əlizadə öz təəssüratlarını bizimlə bölüşərək bildirib ki, dünya üzrə yeni dostlar qazanıb:

“Çox xoşbəxtəm ki, dünyadan bir çox uşaqlarla tanış olmaq imkanını əldə etdim. Onlar da mənim kimi futbolu çox sevirlər. Orada gördüyüm uşaqlar mehriban və ağıllı idi. Ümid edirəm ki, vətənimizə qaydıqdan sonra da ünsiyyətimizi davam etdirəcəyik. Və gələn il bu proqramda iştirak edəcəyimə ümid edirəm”.  

“Dostluq üçün futbol” layihəsi çərçivəsində SABAH FC-nın U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov Madriddə sertifikata layiq görülüb. O, “Dostluq üçün futbol” məşqçilərin beynəlxalq akademiyasının seminarında fəal iştiraka görə diplom qazanıb.

1news.az-a müsahibə verən SABAH FC-nın U-12 komandasının baş məşqçisi Madridə səfərindən və treninqdə iştirakından danışıb

“Uşaq futboluna həsr olunmuş seminar yüksək səviyyəddə təşkil olunmuşdu. Treninqi iki nəfər – “Barselona” uşaq akademiyasının koordinatoru Mikel Puç və Rusiyanın sabiq futbolçusu Aleksey Smertin aparırdı. Treninqdə dünyanın 70-dən çox ölkəsinin mütəxxəsisləri iştirak edirdi. Seminarın yekununda yalnız 15 məşqçi sertifikata layiq görüldü. Sevindirici haldır ki, onların arasında mən də yer aldım. Sertifikatı mənə Roberto Karlo təqdim etdi.

SABAH FC-nın layihədə iştirak edən uşaqlara gəlincə, qapıçı Ayxan Əlizdə turnirin qalibi oldu. Madridin mərkəzində keçən final matçında o, qələbə üçün həlledici rol oynayaraq, oyunsonrası penalti seriyası zamanı iki onbirmetrəlik zərbəni qaytardı. Beləliklə, biz Azərbaycanı Madriddə layiqincə təmsil edə bildik”.

İyunun 1-də gənc futbolçular və nümayəndəliyin üzvləri UEFA-nın Çempionlar Liqasının final mərhələsini izləmək imkanı əldə edib.

Qeyd edək ki, "Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Layihə çərçivəsində Dostluq və Futbol Beynəlxalq Gününə həsr olunmuş tədbirlər də keçiriləcək. Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da keçirilir. Minlərlə uşaq və yeniyetmələr yoldaşlıq oyunlarında, açıq məşqlərdə, fleşmob, telemarafon və idman bayramlarında iştirak edir. İştirakçıları bütün dünyadan məşhur furbolçular, məşqçilər, aparıcı və artistlər dəstəkləyir.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub. Layihənin son mərhələsi isə İspaniyanın paytaxtı Madriddə baş tutacaq.

“Sabah” FK “Dostluq üçün futbol” sosial layihəsinin iştirakçısı olacaq

Azərbaycanı Madriddə təmsil edəcək futbolçuların adları açıqlanıb

Azərbaycanlı uşaqlar “Dostluq üçün futbol” beynəlxalq sosial proqramında təmsil olunacaq

MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1870

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər