1news.az

Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

27 İyun saat 12:56 ~ 1 dəqiqəlik oxu 69
Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2019-2020-ci tədris ili üçün Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib.

1news.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə  200 nəfər, o cümlədən 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, "University of Szeged", “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 2018-ci il noyabrın 23-də elan verilib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net