Mərkəzi Klinik Xəstəxanada ilk dəfə unikal əməliyyat həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Klinik Xəstəxanada ilk dəfə unikal əməliyyat həyata keçirilib

16:50 - 25 / 09 / 2017
Mərkəzi Klinik Xəstəxanada ilk dəfə unikal əməliyyat həyata keçirilib

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və onun rəhbərlik etdiyi həkimlər briqadası unikal əməliyyat həyata keçiriblər. Ağciyər damarlarının endarterektomiyası adlanan həmin əməliyyat ölkəmizdə ilk dəfə icra edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, həyat üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan əməliyyatın mahiyyəti barədə məlumat verən Kamran Musayevin bildirdiyinə görə, həmin diaqnoz qoyulan xəstələr indiyədək dərmanla müalicə edilir və xəstələrin çox böyük əksəriyyəti həyatını itirirdi.

Baş həkim deyir: "Xəstə 27 yaşlı yeni ana olmuş qadın idi. Hamiləlik zamanı baldır şişkinliyi ilə əlaqədar həkimə müraciət edib və ona baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicə aparılıb. Doğuşdan sonra isə qadında təngnəfəslik başlayanda ona "Ağciyər arteriyasının tromboemboliyası" diaqnozu qoyulub. Aparılan 3-4 aylıq müalicə səmərəsiz olub və xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Biz onu müayinə edəndən sonra "xroniki tromboembolik ağciyər hipertenziyası" diaqnozu qoyduq".

Cərrah yeganə müalicə yolunun xəstənin qan dövranının tam dayandırılmaqla cərrahi müdaxilə olduğunu bildirib: "Açıq metodla ağciyər arteriyalarındakı tromboembolik tıxacları "Ağciyər arteriyasının tromboendarterektomiyası" adlanan əməliyyatda xüsusi cərrahi alətlərdən istifadə edərək təmizlədik. Həmin əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstə 18 dərəcə C-yə qədər soyudulur. Ona görə əməliyyatı çox sürətlə və qısa zamanda aparmaq tələb olunur. 20 dəqiqə ərzində əməliyyatı başa çatdırmaq məcburiyyətində idik, əks halda xəstənin həyati orqanlarına ciddi zərər dəyə bilərdi. Əməliyyatın həmin kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq. Əməliyyatdan 1 həftə sonra isə xəstə tam sağalaraq evə göndərildi".

Tibb elmləri doktoru Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyə etdi: "Xüsusilə hamilələr, artıq çəkisi olanlar, müəyyən qan xəstəliyi olan xəstələr risk qrupundadır. Ağciyər damarlarında tromb yaranan, ümumiyyətlə venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Həmin xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər həmin diaqnozu mütləq nəzərə almalıdırlar. Artıq respublikamızda da icra olunan həmin əməliyyat zərurət olan bütün xəstələrə məsləhət görülməlidir".

Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox nadir tibb mərkəzlərində icra olunan əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərin icra etdiyi əməliyyat ölkə səhiyyəsinin son illərdə əldə etdiyi uğurlardan biridir.

S.Xankişiyeva

Paylaş:
558

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər