Londonda erkən final, “Beşiktaş” “Bavariya”ya qarşı | 1news.az | Xəbərlər
Futbol

Londonda erkən final, “Beşiktaş” “Bavariya”ya qarşı

17:08 - 20 / 02 / 2018
Londonda erkən final, “Beşiktaş” “Bavariya”ya qarşı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutacaq.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, mərhələnin ən maraqlı görüşlərindən biri də bu gün oynanılacaq.

Günün ən önəmli və həyəcanlı qarşılaşması Londonda keçiriləcək. “Barselona” “Çelsi”yə qonaq olacaq. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoriti olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olar. Hazırda Premyer Liqada yaxşı günlərini yaşamayan, amma Avrokuboklarda hər zaman mövcud formasının üzərində çıxış edən “zadəganlar”ın yaxşı formada olan “Barselona” qarşısında nə edəcəyi maraqla gözlənilir.

Antonio Konte bu oyunda braziliyalı müdafiəçi David Luizin xidmətindən yararlana bilməyəcək. Timo Bokoyakonun taleyinə isə matç saatında aydınlıq gələcək.

“Barselona”da isə Nelson Semedo sarı vərəqə cəzalısı olduğu üçün meydanda çıxmayacaq.

Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla izləniləcək. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi “Beşiktaş” möcüzə axtarışına çıxacaq. “Qara qartallar” Münhendə “Bavariya” ilə üz-üzə gələcəklər. Cütün favoriti şübhəsiz ki, almanlardı, amma Şenol Günəşin komandası da səfərə turist kimi yollanmayıb. Türklər imkansızı bacarmaq üçün ikiqat əzmlə çıxış edəcəklər.

 

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

20 fevral

 

23:45. “Bavariya” – “Beşiktaş”

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

“Alyans Arena”, Münhen

 

23:45. “Çelsi” – “Barselona”

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Stemford Bric”, London

 

1news.az

Paylaş:
663

Son xəbərlər

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51
Bütün xəbərlər