“Liverpul” son dəqiqələrdə sevindi, “Qalatasaray”dan darmadağın | 1news.az | Xəbərlər
Futbol

“Liverpul” son dəqiqələrdə sevindi, “Qalatasaray”dan darmadağın

10:07 - 19 / 09 / 2018
“Liverpul” son dəqiqələrdə sevindi, “Qalatasaray”dan darmadağın

Sentyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci turunun növbəti oyunları keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, turun maraqla gözlənilən oyunlarından biri C qrupunda oynanılıb. İngiltərənin "Enfild" stadionunda keçirilən qarşılaşmada meydan sahibi, son UEFA Çempionlar Liqasının finalçısı "Liverpul" Fransanın PSG klubunu qəbul edib.

İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab oyunun sonlarına yaxın açılıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Andrev Robertsonun cinah ötürməsini cərimə meydançasında tək qalan Daniel Stariç dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan altı dəqiqə sonra cərimə meydançasının daxilində Jorjinyo Vijnalduma qarşı qayda pozuntusu olub.

Oyunun baş hakimi türkiyəli Cüneyd Çakır fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Ceyms Milner sağ küncə dəqiq zərbə endirərək qapıçıya şans verməyib - 2:0. Qoldan sonra irəli atılan PSG matçın 40-cı dəqiqəsində hesab arasındaki fərqi azaldıb. Tomas Munye adını tabloya yazdırıb - 2:1.

Fasilədən sonra fransızlar hesabı bərabərləşdirməyə nail olublar. Kilyan Mbape hesaba tarazlıq gətirib - 2:2. Roberto Firmino sonuncu dəqiqələrdə dəqiq baş zərbəsi ilə “Liverpul”a qələbə qazandırıb - 3:2.

Bu qrupun digər qarşılaşmasında "Crevena Zvezda" doğma meydan "Napoli" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

A qrupunda yer alan son UEFA Avropa Liqasının qalibi "Atletiko Madrid" səfərdə Fransanın "Monako" klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri 18-ci dəqiqədə açıblar. Samuel Gradsir fərqlənib. Buna baxmayaraq, Madrid təmsilçisi iki top vuraraq fasiləyə üstün yollanıblar. Dieqo Simyonenin yetirmələrinin heyətində Dieqo Kosta və Xose Gimenes fərqləniblər. İkinci hissədə qol olmayıb.

A qrupunun ikinci oyununda "Borussiya Dortmund" klubu isə səfərdə "Brügge" komandasının qonağı olub. Görüş qonaqların 1:0 qələbəsi ilə başa çatıb.

D qrupunda yer alan Türkiyənin bu turnirdə yeganə təmsilçisi "Qalatasaray" Rusiyanın "Lokomotiv" klubunu qəbul edib. Qarşılaşma türkiyəlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 9-cu dəqiqəsində Qari Rodriqez, 67-ci dəqiqədə Eren Dərdiyok, 89-cu dəqiqədə Səlcuk İnan fərqləniblər.

Qrupun digər oyunu Almaniyada baş tutub. "Şalke" və "Portu" klubları üz-üzə gəliblər. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.

1news.az

Paylaş:
548

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər