Litva prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Litva prezidenti İlham Əliyevi təbrik edib

13:47 - 18 / 04 / 2018
Litva prezidenti İlham Əliyevi təbrik edib

Litva prezidenti Dalya Qribauskayte Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az  xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər, ölkənizə isə davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Mən qətiyyətlə inanıram ki, Sizin rəhbərliyinizlə Litva və Azərbaycan dövlətləri arasında həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlıq bundan sonra da fəal və açıq dialoq şəraitində davam edəcək.

 Ölkələrimizi birləşdirən ortaq maraqlar və daha da genişlənən ikitərəfli münasibətlər ümumi məqsədlərimizə doğru birgə fəaliyyət üçün və vətəndaşlarımızın biznes, təhsil, eləcə də cəmiyyətlərarası mübadilə, turizm və mədəniyyət sahələrində qarşılıqlı faydalı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində yeni imkanlar açacaq.

İcazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edim. Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".

1news.az  

 

 

 

Paylaş:
400

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər