Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb   | 1news.az | Xəbərlər
Cəmiyyət

Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb  

14:31 - 21 / 05 / 2019
Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb  

Mayın 21-dən 2019-2020-ci tədris ilində lisey və gimnaziyaların müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb.

Bu barədə 1news.az-a Bakı şəhəri Təhhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul üzrə müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik gimnaziyaya I sinfə qəbul üzrə tədris digər dildə aparılan bölmələrinə elektron ərizələrin qeydiyyatı mayın 20-də başa çatıb. Martın 13-dən mayın 20-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 426 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 1 132-si təlim dili Azərbaycan dili seçildiyi üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Lisey və gimnaziyanın ərazisində yaşayan, ancaq digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirənlər isə müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab ediləcək.

Uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər. Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqlarının qəbulu yalnız müsabiqə yolu ilə aparılır. Ümumilikdə, martın 13-dən ötən müddətdə I sinfə qəbul üzrə 44 536 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 90 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 15 sentyabra kimi davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.

1news.az

Paylaş:
404

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər