Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti xeyriyyə aksiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti xeyriyyə aksiyası keçirilib – FOTO

15:00 - 24 / 11 / 2017
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti xeyriyyə aksiyası keçirilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri  Leyla Əliyevanın təşəbbüsüi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyilə baş tutan aksiya universitetinin kliniki transfuziologiya və hematologiya kafedrasında təşkil edilib.

Qanvermə aksiyası hər il iyunun 14-də - Dünya Qan Donoru Günü keçirilir. Bu il isə aksiyanın bu vaxt keçirilməsinə səbəb qan xəstəliklərindən əziyyət çəkən insanların yardım göstərilməsi xahişi ilə AMOR rəhbərliyinə ünvanlanan çoxsaylı məktublarıdır. Müraciət edənlərin böyük əksəriyyəti donor qanına ehtiyacı olan uşaqlardır.

Aksiya zamanı 80-dən çox insan hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan veriblər. Aksiyada Azərbaycan, Rusiya, Malayziya, İndoneziya, Misir, Çin, Özbəkistan, Gürcüstan və digər ölkələrdən tələbələr iştirak ediblər.

Tədbirin əsas təşkilatçılarından biri, AMOR İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev bildrib ki, aksiyada iştirak edənlər bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər: "“Qanın milləti yoxdur” aksiyalarında hər il yüzlərlə gənc iştirak edir, toplanmış qan isə xəstələrin müalicəsinə yönəldilir".

1news.az

Paylaş:
726

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər