Leyla Əliyeva ƏSA Teatrının premyerasında – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva ƏSA Teatrının premyerasında – FOTO

16:31 - 20 / 12 / 2017
Leyla Əliyeva ƏSA Teatrının premyerasında – FOTO

Dekabrın 19-da Opera və Balet Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” Teatrının “Adamlar və siçanlar”  tamaşası təqdim oluub.

Pulitzer və Nobel mükafatı laureatı, amerikalı məşhur yazıçı Con Steynbekin əsəri əsasında səhnələşdirilən tamaşanında dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri də iştirak etdilər.

Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə bildirdi ki, səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır:

“ƏSA” teatrı ilk dəfədir ki, Opera və Balet Teatrında, bu cür böyük bir səhnəyə çıxır. Bu bizim üçün həm həyəcanlıdır, həm də qürurverici. Biz çox sevinirik ki, Azərbaycanda əliliyi olan insanlardan ibarət bir teatrı inkişaf etdirib bu səviyyəyə gətirə bildik”.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta isə diqqətə çatdırdı ki, fiziki əngəlli insanların çoxluq təşkil etdiyi teatrın digər insanlar kimi cəmiyyətə töhfə vermək və mədəniyyəti zənginləşdirmək potensialı var.

“Tamaşanın əsas məqsədi də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onlar haqqında siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində məlumatlılığı artırmaqdır”.

Uilyam Solli – ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri:

“ƏSA” teatrını Şekspir tamaşası ilə tanıdıq. Düşündük ki, çox fantastik tamaşadır və qərara gəldik ki, Con Steynbekin əsərini tamaşaya qoysunlar. Tamaşanın məşqlərini də izləmişəm və deyə bilərəm ki, həqiqətən çox istedadlı aktyorlardır”.

Mark Qrey – ekspert (Böyük Britaniya):

“Böyük Britaniyadan Bakıya əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılmasına dair konfransda iştirak etmək üçün gəlmişəm. Bu axşam burada fiziki məhdudiyyətli insanların hazırladığı tamaşaya baxmaqdan çox məmnunam. Bu çox ictimai əhəmiyyətli tədbirdir. Çünki onların cəmiyyətə inteqrasiyası, sosial işlərdə fəal iştirakı vacibdir”.

Tamaşanın nümayişindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar “ƏSA” teatrının aktyorları ilə görüşdülər. Gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlananan Leyla Əliyeva onlarla birlikdə xatirə şəkli çəkdirdi və gələcək işlərində uğurlar arzuladı.

S.Xankişiyeva

Paylaş:
2864

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər