Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib

16:49 - 16 / 11 / 2018
Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib

“Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycanın və Gürcüstanın ekologiya və ətraf mühit nazirləri, Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Niderland, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetlərin müəyyənləşdirilməsi, regionda icra olunan oxşar layihələrin təcrübəsinin öyrənilməsi, məlumat mübadiləsinin aparılması və regional əməkdaşlığın genişləndirilməsi olub.

Konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, ətraf mühit problemləri sərhəd tanımır. İnsan məskunlaşmaları nəticəsində 40 faiz vəhşi mühit məhv edilib. Ekosistemin deqradasiyası göz önündədir.

Azərbaycanda həm qurudakı, həm də sudakı canlıların reabilitasiyası ilə bağlı mühüm işlərin görüldüyünü qeyd edən Leyla Əliyeva Qafqaz bəbiri, ceyran və nərə balığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, məqsəd bütün təşəbbüsləri dəstəkləmək, təcrübələri bölüşməkdir. Azərbaycanda ceyranların sayı 600-dən 6000-ə qədər artırılıb və bu proses hazırda davam edir. BMT-nin Dayanıqlı İnkişaf Məsələlərinə də toxunan Leyla Əliyeva xeyli sayda insanın təbiətin mühafizəsi ilə bağlı çağırışlara qoşulduğunu deyib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycanda 24 yasaqlıq, 10 milli park, 10 qoruq fəaliyyət göstərir. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir. Ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi-təcrübə mərkəzi kimi istifadə edilir. Biomüxtəlifliyin qorunması üçün Qızılağac Milli Qoruğu yaradılıb. Zaqatala, Balakən biosferinin yaradılması üçün isə əsaslı işlər görülür.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili qeyd edib ki, ölkəsində 9 faiz ərazi xüsusi mühafizə ərazisi sayılır. Uzun illərdir ki, Gürcüstan Azərbaycan ilə vəhşi təbiətin qorunması və mühafizəsi sahəsində əməkdaşlıq edir. Vəhşi təbiətin qorunması və mühafizəsi sərhəd tanımır. O vurğulayıb ki, Azərbaycan nəsli kəsilməkdə olan heyvanların artımında böyük nailiyyətlər əldə edib.

Dünya Vəhşi Təbiət Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi Aurel Heydelberq deyib: “Biz vəhşi təbiətin qorunması və mühafizəsi ilə bağlı araşdırmalar aparırıq. Bu, çox mühümdür. Mənim burada yerli mütəxəssislərlə də müzakirələrim olub. Bu konfrans Qafqaz ölkələrinin təcrübələrini bölüşməyə təkan verəcək”.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

S.Xankişiyeva

 

Paylaş:
419

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər