Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb

16:03 - 19 / 10 / 2017
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

1news.az-a Fonddan verilən məlumata görə, görüşdə IDEA ilə BMT sisteminin qurumları arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivləri müzakirə edilib.

Həmçinin, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihə ətrafında fikir mübadiləsi aparılıb.

Layihənin məqsədi Azərbaycanın özünəməxsus, dünyada nadir rast gəlinən bioloji müxtəliflik nümunələrinin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və səmərəli idarə olunmasıdır. Qeyd edək ki, sözügedən layihə çərçivəsində Qızılağac Dövlət Təbiət Qoruğu kompleksində aparılan yenidənqurma və təkmilləşdirilmə işləri nəticəsində Azərbaycanda regionun ilk xüsusi mühafizə olunan dəniz ərazisi yaradılacaq.

Görüşdə ətraf mühit, davamlı inkişaf və digər məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi barədə razılığa gəlinib.

1news.az

 

Paylaş:
444

Son xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41
Bütün xəbərlər