Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib - FOTO

16:01 - 21 / 01 / 2018
Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib - FOTO

Lənkəranda üç ay əvvəl yerli sakinlə vətəndaş nikahına daxil olan qadın evdən qaçıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, əvvəllər ailəli olmuş Kərgəlan kənd sakini Məmmədov Elvin Əflatun oğlu 6 yanvar tarixində "102" xidmətinə və Lənkəran Şəhər Rayon Polis şöbəsinə üç il ərzində münasibətdə olduğu, ötən il oktyabr ayından vətəndaş nikahında yaşadığı 38 yaşlı Cəfərova Vüsalə Balamirzə qızının evdən çıxaraq naməlum istiqamətdə getdiyini bildirib.

Vüsalə evdən səhər tezdən çıxıb və gedərkən həyat yoldaşının ona verdiyi nişan üzüyünü və 500 manat pulu özü ilə götürüb. Masanın üzərinə isə evi tərk etməsi barədə məktub qoyub. Qadın yazıb ki, "məni axtarmayın!".

V.Cəfərova əvvəllər ailəli olub və üç övladından imtina edərək Elvin Məmmədovla qaçıb. Birgə yaşadıqları dövrdə aralarında hər hansı bir anlaşılmazlıq olmayıb.

Polis E.Məmmədovun müraciəti əsasında onun yaşadığı ünvanda müvafiq yoxlamalar aparıb və heç bir cinayət xarakterli iz aşkar etməyib.

V.Cəfərovanın Aşağı Nüvədi qəsəbəsində yaşayan ailə üzvləri də qızlarının yerindən xəbərsiz olduqlarını, lakin qadının bir neçə gün öncə öz qızına naməlum nömrədən zəng vuraraq geri qayıtmayacağını bildirdiyini söyləyiblər.

V.Cəfərovanın evdən çıxaraq itkin düşməsi barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Boyu 175 sm-dir, gözlərinin rəngi qəhvəyidir, o, orta bədən ölçülüdür. Fotodakı bu qadınla bağlı məlumatı olanlardan DİN-in "102" xidmətinə və 051-458 -21-08 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.

S.Xankişiyeva

 

Paylaş:
624

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər