Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon manat ayrılıb

20:10 - 15 / 10 / 2018
Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon manat ayrılıb

Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Lənkəranda infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Lənkəran Beynəlxalq Hava Limanı, “Lənkəran İstisu Sağlamlıq” Mərkəzi, Regional Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq, Əlillərin Reabilitasiya və Gənclər mərkəzləri, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası inşa edilmiş, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və mərkəzi stadion əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, Lənkəran şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq “Lənkəran-2” elektrik yarımstansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, xalçaçılıq müəssisəsi və digər iri istehsal və emal müəssisələri yaradılmış, 30 mindən çox yeni iş yeri açılmış, abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1.Lənkəran rayonunda 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon (üç milyon altı yüz altmış min) manat ayrılsın.

2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

President.az

Paylaş:
429

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər