1news.az

Lavrov Azərbaycan və Ermənistana səfər edəcək

14 Noyabr saat 12:25 ~ 1 dəqiqəlik oxu 240
Lavrov Azərbaycan və Ermənistana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Bakıya səfər edəcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistanın "168 jam" qəzeti Rusiyadakı mənbəyə istinadən xəbər yayıb.

Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Qeyd olunur ki, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək.

"168 jam" qəzetinin yazdığına görə, səfərlə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Lavrov Nalbandyan-Məmmədyarov görüşü üçün Vyana və Peterburq anlaşmalarının yer aldığı effektiv gündəlik hazırlamağa çalışacaq. İkinci versiyaya görə isə rusiyalı diplomat münaqişə tərəflərinə digər həmsədr ölkələrin dəstəklədiyi proqramı təklif edəcək.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rusiya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net