Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib

17:28 - 13 / 12 / 2018
Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib

Bu gün Əfqanıstanın Herat şəhərində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyənin iştirak etdiyi Lazurit dəhlizi ( Lapis-Lazuli) üzrə yükdaşımaların başlanmasına həsr olunmuş mərasim keçirilib.

1news.az “ORİENT” informasiya agentliyinə istinadla xəbər verir ki, mərasimdə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Türkmənistan və Əfqanıstanın nəqliyyat nazirliklərinin rəhbərləri, Türkiyənin Əfqanıstandakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə vurğulanıb ki, Lazurit dəhlizinin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək.

Qeyd olunub ki, Türkmənistan Lapis-Lazuli nəqliyyat dəhlizi layihəsinin reallaşmasına böyük töhfə verir. Məhz Aşqabadda keçirilən Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) “Lazurit” marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair razılıq əldə olunub və müvafiq saziş imzalanıb. Türkmənistan öz vəsaitləri hesabına Sərhədabaddan Əfqanıstanın Turqudi stansiyasına qədər yeni dəmir yolu xətti çəkib və bununla öz cənub qonşusunu daha bir kanal vasitəsilə öz nəqliyyat sisteminə və buradan da beynəlxalq qovşağa birləşdirib.

Təntənələrin kulminasiya nöqtəsi Prezident Məhəmməd Əşrəf Qani və onu müşayiət edən digər yüksəkvəzifəli şəxslərin qırmızı lenti kəsməsi və bundan sonra doqquz ağırtonnajlı avtomobldən ibarət pilot avtomobil karvanının Lazurit dəhlizi marşrutu ilə yola salınması olub. Yüklər Heratdan Turqundi stansiyasına, oradan Türkmənistanın Sərhədabad şəhərinə, sonra bütün ölkənin ərazisindən keçərək Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatacaq. Daha sonra avtomobil karvanı Xəzər dənizi ilə Azərbaycana – Bakı Beynəlxalq Dəniz Limanına yola salınacaq.

Beləliklə, Lapis-Lazuli marşrutu üzrə ilk sınağa start verilib. Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək imkanı verəcək. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına səbəb olacaq.

1news.az

 

Paylaş:
602

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər