Lankaran Springs Wellness Resort: Lənkəranın yeni turizm məkanı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Lankaran Springs Wellness Resort: Lənkəranın yeni turizm məkanı

14:00 - 12 / 06 / 2019
Lankaran Springs Wellness Resort: Lənkəranın yeni turizm məkanı

Zərif memarlığı, əlverişli iqlimi və gözəl təbiət mənzərələri ilə seçilən Lənkəran şəhəri ölkənin ən maraqlı şəhərlərindən biridir. Lənkəran rayonunun subtropik iqlimi sitrus meyvələri, düyü, üzüm, tütün və bütün ölkədə məşhur olan Lənkəran çayı yetişdirmək üçün idealdır. Hirkan Milli Parkı (Qafqaz bəbirlərinin yaşadığı yer) və Qızılağac Qoruğunun bir hissəsi Lənkəranda yerləşir və bunlar ekoturizm həvəskarları üçün olduqca maraqlıdır. 

Yeni və müasir kurort kompleksi Lankaran Springs Wellness Resort vətəndaşlarımız və xarici turistlərə xidmət etmək üçün tezliklə Lənkəranın Haftoni kəndində açılacaq.  Bu yeni məkan qonaqların asudə vaxtlarını səmərəli keçirmələri, habelə əfsanəvi “İstisu” termal bulaqlarının müalicəvi təsirlərindən faydalanmaları üçün 182 otaqlı və 11 hektarlıq məkanla yüksək beynəlxalq standartlara cavab verir.

“İstisu” sanatoriyası həmin ərazidə 1958-ci ildən müvəffəqiyyətlə fəaliyyət göstərir. Orada yüksək səriştəli tibb işçiləri tərəfindən istifadə edilməyə hazır ən son texnologiya ilə təchiz edilmiş tibb məntəqəsi var. Beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş və bir çox xəstəliklərin müalicəsində səmərəli olduğu bilinən “İstisu” suyu müxtəlif bulaqlardan çıxır və həm vanna qəbul etmək, həm də içmək üçün istifadə olunur.

Otel Lənkəran Beynəlxalq Hava Limanından cəmi 10 dəqiqə məsafədə yerləşir, meşə və dağlardan ibarət gözəl mənzərə ilə əhatə olunub. Yeni tikilmiş avtomagistral Bakıdan Lənkərana səyahəti olduqca asanlaşdırır və avtomobillə cəmi 2.5 saat çəkir.

Lankaran Springs Wellness Resort yalnız müalicə məqsədilə gələn qonaqları deyil, həm də istirahət üçün gələnləri qəbul etmək üçün yüksək səviyyədə təşkil edilib. Burada uşaqlar üçün xüsusi əyləncə mərkəzi də mövcuddur. İşgüzar görüşlərin keçirilməsi üçün konfrans və iclas otaqları  da var. Məkan açıq hava banketlərinin keçirilməsinə də olduqca uyğundur. Qapalı və açıq hovuzları olan spa və fitness mərkəzi yüksək səviyyədə istirahət etmək istəyənlər üçün əlavə olaraq nəzərdə tutulub.

Otelin səriştəli və qonaqpərvər komandası sizin burada keçirdiyiniz vaxtın unudulmaz olması üçün əllərindən gələni edəcək. Rezervasiya və ətraflı məlumat üçün aşağıdakı kontaktlarla əlaqə saxlaya bilərsiniz:

Tel: (012) 585-59-59, (051) 235-96-00,

Mail:  [email protected]

Website: www.lankaransprings.az 

Reklam hüququnda

Paylaş:
4212

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər