1news.az

Körpəsini qucağına qoydular, 23 günlük komadan ayıldı – FOTO

16 Oktyabr saat 16:34 ~ 1 dəqiqəlik oxu 1071
Körpəsini qucağına qoydular, 23 günlük komadan ayıldı – FOTO

“İlk hiss etdiyim şey övladımın qollarımda olması idi. Onun balaca başını görürdüm və qoxusunu hiss edirdim. Bu, möhtəşəm situasiya idi. Qarışıq hislər keçirirdim. Atamdan uşağın mənim olub-olmadığını soruşdum. Sonra əlimi qarnıma qoyanda gördüm ki, artıq hamilə deyiləm”.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, komada olan qadın yeni doğulan körpəsi qucağına qoyulduqda gözlərini açıb.

Braziliyada yaşayan 28 yaşlı Amanda da Silva yeni doğulan körpəsi qucağına qoyulduğu anda 23 günlük komadan ayılıb.

O, instiktləri ilə həkimləri də təəccübləndirib. Onun bədəni süd istehsal etməyə başlayıb və gözləri də yaşarıb.

Qadın əvvəl nə baş verdiyini anlamasa da, sonradan övladının dünyaya gəldiyini və artıq hamilə olmadığını öyrəndikdə kövrəlib.

Assis Chateubriand Maternity Hospital-da onun doğum prosesini aparan həkimlər bildirib ki, bu, inanılmaz hadisədir. Onlardan bəziləri həmin andan təsirlənərək kövrəliblər.

Qeyd edək ki, Amanda evdar qadındır. Onun əlavə iki uşağı da var və o, epilepsiya xəstəliyindən əziyyət çəkir.

 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net