Rober Koçaryanın parlamentdəki güllələnmədə iştirakı - FAKTLAR | 1news.az | Xəbərlər
Ermənistan

Rober Koçaryanın parlamentdəki güllələnmədə iştirakı - FAKTLAR

11:35 - 27 / 06 / 2018
Rober Koçaryanın parlamentdəki güllələnmədə iştirakı - FAKTLAR

Ermənistan mətbuatı  yenidən 19 il əvvəl,  1999-cu ilin oktyabrın 27-də palamentdəki qanlı hadisədən yazıb və həmin cinayətin törədilməsində o zamankı prezident Robert Koçaryanı günahlandırıb.

1news.az xəbər verir ki, erməni mediası 27 oktyabr cinayətinin və Robert Koçaryanın hakimiyyətinin sanki sinonim təşkil etdiyini və hər ikisinin qanla assosasiya olunduğunu yazıb.

Qeyd edilib ki, 2006-cı ildə sirli şəkildə zəhərlənərək London klinikalarından birində vəfat etmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı  Aleksandr Litvinenko zəhərlənmədən əvvəl 27 oktyabr hadisələri ilə bağlı vacib açıqlamalar verib.

O, 27 oktyabrın  Rusiyanın  “işi” olduğunu bəyan edib. Litvinenko bildirib ki, parlamentdəki güllələnməni Rusiya Xüsusi xidməti, daha dəqiqi isə Baş kəşfiyyat agentliyi planlaşdırıb.

Bu bəyanata Rusiyanın Ermənistandakı  səfirliyi çox gec cavab verib, həm də erməni mətbuatının  məcburiyyəti ilə. Bundan sonra Litvinenko mətbuata müsashibələrində bildirib ki, Rusiyanın Ermənistandakı səfirliyi tərəfindən edilən şərh bütünlüklə çirkaba batan təhlükəsizlik xidmətlərini təmizləmək cəhdidir: “Rusiya xüsusi xidmət orqanı terror təşkilatıdır ".

Bu bəyanatları Rusiyanın rəsmi orqanları eşitməzdən gəlib, sonra isə köhnə casusun "sirli" şəkildə zəhərlənməsi təşkil edilib.

Göründüyü kimi, Litvinenko sağ qalsaydı, Rusiya xüsusi xidmətinin Robert Koçaryanın birbaşa və ya dolayısı ilə iştirakı ilə 27 oktyabrda cinayət işi təşkil etməsi barədə daha ətraflı danışa bilərdi.

Robert Koçaryanın aparatının rəhbəri Aleksandr Harutyunyan parlamentdəki gülləbarandan bir neçə gün sonra Müdafiə Nazirliyində cinayətin təşkilində Koçaryanın günahını etiraf edib.

Onun etirafları videokameraya çəkilib. Amma sonra bu qeydlər sirli şəraitdə "yoxa çıxıb".

Məlumata görə, həmin videomaterial həqiqətən hazırda həbsdə olan general Manvel Qriqoryan tərəfindən Koçaryana və Serj Sarkisyana qarşı silah kimi istifadə etmək üçün etibarlı şəraitdə saxlanılıb.

“Ümid edirik ki, general tərəfindən oğurlanmış konservalar aşkar edildiyi kimi, 27 oktyabr cinayətinin açıqlanmasına işıq salacaq bu video da tapılacaq,” məqalədə vurğulanıb.

Bildirilib ki, istənilən halda, Nairi Hunanyan "Ermənistanda yeganə hakimiyyət sahibi" olaraq Robert Koçaryanı "seçdi”. Parlamentdəki cinayətdən bir neçə saat sonra Koçaryanla şəxsi söhbət zamanı o, zəmanət almağa çalışıb, yaxud onlar hakimiyyətin “təhvil-təslim”ini birlikdə həyata keçiriblər.

Qanlı diktator və cinayətkarın  "intim vəziyyət"də nə barədə danışdıqlarını yəqin ki, bir gün xüsusi xidmət orqanları aydınlaşdıracaq.

Məlumat üçün bildirək ki, 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələyiblər.

Silahlı dəstənin başçısı, keçmişdə jurnalist, sabiq Daşnaksutyun üzvü, 34 yaşlı Nairi Hunanyan 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, "Qarabağ hərəkatının" ilk çağlarında gənc fəalların tətil və nümayişlərinin iştirakçısı olub.

Şahidlərin dediyinə görə, silahlılar dövlət çevrilişi baş tutduğunu elan ediblər. Hunanyan, o zaman Ermənistanda ən nüfuzlu şəxs hesab edilən baş nazir Vazqen Sarkisyanın üzünə: "Bəsdir qanımızı içdiyiniz", -deyə qışqırıb. Sarkisyan isə "hər şey sənin və övladlarının gələcəyi üçün edilir", - deyə cavab verib. Bundan sonra, şahidlərin ifadəsinə görə, Hunanyan atəş açıb.

Daha sonra istintaq və məhkəmə prosesində verdiyi ifadələrdən gətirilən sitatlara görə, Nairi Hunanyan bildirib: “Düşünürdüm ki, ölkəmin və xalqımın çiçəklənməsi naminə silah götürüb, parlamentin hökumətlə birgə iclasında təzyiq vasitəsilə baş naziri istefaya göndərib siyasətdən getməyə məcbur etməklə, ölkədə azad siyasi atmosferın formalaşması üçün imkan yaradaram".

Parlamentdə olan deputat və hökumət üzvlərini (bəzi məlumatlara görə, jurnalistlərlə birlikdə 91 nəfəri) girov saxlayan silahlı dəstənin xalqa və müxalif partiyalara "ölkənin azadlığı uğrunda mübarizəyə qatılın!" çağırışı cavabsız qaldı. Prezident aparatının rəhbəri və prezident Robert Koçaryanla danışıqlardan sonra, dəstə ertəsi gün silahı yerə qoyub təslim oldu.

Yerevanda keçirilən məhkəmənin 2 dekabr 2003-cü il tarixli hökmü ilə, silahlı dəstənin üzvləri vətənə xəyanət, terrorizm və qətl törətməkdə ittiham olundular. Nairi Hunanyan başda olmaqla, dəstənin 6 üzvü ömürlük, daha bir üzvü -14 il müddətinə həbsə məhkum edildi.

Rəsmi versiyaya görə, Nairi Hunanyanın qardaşı həbsxanada dəli olub, dəstənin iki üzvü intihar edib, biri isə hələ istintaq zamanı 2010-cu ildə "qəfildən ölüb".

Parlamentə basqın zamanı həlak olanların yaxınları istintaq və məhkəmə prosesini "qərəzlilikdə" ittiham etdilər. Onlar prezident Robert Koçaryanı terror aktı sifarişçilərinin aşkar edilməməsində günahlandırdılar.

1999-cu il 27 oktyabrda öldürülən parlament sədri Karen Demirçyanın oğlu Stepan Demirçyan bildirmişdir ki, bu cinayətin açılmaması üçün hər şey edilib.

Qeyd edək ki, işi aparan hakim Samvel Uzunyan cinayətkarların yalnız Ermənistanın Avropa Şurası qarşısında olan öhdəlikləri ilə əlaqədar ölüm cəzasına məhkum edilmədiklərini vurğulamışdı.

P.Sultanova

Paylaş:
1728

Son xəbərlər

Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27
Bütün xəbərlər