Koçaryan Paşinyan barədə: Tez yanıb, yox olacaq kometadır | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan Paşinyan barədə: Tez yanıb, yox olacaq kometadır

15:58 - 19 / 09 / 2018
Koçaryan Paşinyan barədə: Tez yanıb, yox olacaq kometadır

Ermənistanın ikinci prezidenti Robert Koçaryan siyasi proseslərə qoşulacağını bir daha bəyan edib.

1news.az xəbər verir ki, bu barədə o, Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, siyasi partiya, hərəkat, yaxud mümkündür ki, hər hansı digər siyasi partiya ilə fəal əməkdaşlıq da ola bilər.Lakin hələlik bu istiqamətdə müəyyənləşdirmə yoxdur.

Koçaryan deyib ki, ölkədə etiraz ab-havası olub, Paşinyan da bunu zamanında hiss edərək rəhbərliyi üzərinə götürdü, bu da hakimiyyətin dəyişməsinə gətirib çıxardı.

O, həmçinin qeyd edib ki, insanlar əvvəlki hakimiyyətlərdən yorulmuşdu: “Əks halda, bu qədər kütləvi hərəkat çətin ki, baş verərdi. Lakin bilirsiniz, hakimiyyətə populuzmlə də yiyələnmək olar – tarixdə bu kimi nümunələri göstərmək mümkündür. Belə situasiyalarda hakimiyyətə gəlmək asandır, eləcə də hakimiyyəti tərk etmək daha çətindir. Sən populizmlə gəlirsən, ancaq gedərkən fəxrlə, real nəticələrlə getmək lazımdır. Ötən dörd ay göstərdi ki, hələ bütün istiqamətlərdə mövcud olan problemlər üzrə akkumulyasiya gedir və bu da mənim siyasətə geri dönməyimə olan səbəblərdən biridir”.

Koçaryanın sözlərinə görə, hakimiyyətin nə qədər kompetent olmasını, hansı dəyərlərə söykəndiyini və sistemli iş apara bilməsini öyrənmək üçün, dörd aylıq müddət kifayətdir. Yeni hakimiyyət xaotikdir və iqtisadiyyatdan baş çıxara bilmir, eləcə də açıq fəaliyyət proqramı yoxdur: 

“Ola bilsin ki, o kifayət qədər liderliyə malikdir, ancaq onun populuzmə doğru can atması məndə ciddi narahatlıq doğurur. O, mənə Latın Amerikasının populuzmi stilində Uqo Çavesi xatırladır. Əgər analoji tərəfdən yaxınlaşarsaq, bu çox bənzərdir”.

Koçaryan onu da bildirib ki, “Paşinyan ola bilsin ki, tez yanıb, yox olacaq meteorit, ya da kometadır”.

1news.az

 

 

 

 

Paylaş:
589

Son xəbərlər

İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45
Bütün xəbərlər